Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı Mərkəzi Banka 19 tövsiyə edildi

Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı Mərkəzi Banka 19 tövsiyə edildiAzərbaycan Respublikasının Prezidenti "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb. 
Marja.az xəbər verir ki, Fərman ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyələr edilib.
Qurum aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 
- "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununun 3.2.9-cu maddəsinə uyğun olaraq, ödəniş xidməti hesab edilməyən və mobil rabitə operatoru tərəfindən təqdim edilən ödəniş əməliyyatlarının yuxarı məbləğini;
- həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələbləri, məcmu kapitalın hesablanması qaydasını, habelə strukturunu və tərkibini;
- həmin Qanunun 5.1.1-ci maddəsinə uyğun olaraq, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş sərəncamının icrası üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qaydasını;
- həmin Qanunun 5.1.2-ci maddəsinə uyğun olaraq, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidməti istifadəçilərinə kreditlərin verilməsi qaydasını və tələbləri;
- həmin Qanunun 7.1.1-ci maddəsinə uyğun olaraq, elektron pul təşkilatı tərəfindən qəbul edilmiş pul vəsaitinin investisiya edilə biləcəyi aşağı riskli likvid aktivləri;
- həmin Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, ödəniş agentinin cəlb edilməsi və ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi üzrə tələbləri, o cümlədən ödəniş agenti ilə bağlanılan müqavilənin şərtlərinə dair tələbləri;
- həmin Qanunun 10.1-ci maddəsinə uyğun olaraq, ödəniş xidməti təchizatçısı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri barədə Mərkəzi Banka məlumat verilməsi hallarını və qaydasını;
- həmin Qanunun 12.3-cü maddəsinə uyğun olaraq, emissiya olunan elektron pulun valyutasını, maksimum məbləğini və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmini;
- həmin Qanunun 20.3-cü maddəsinə uyğun olaraq, kiçik həcmli ödəniş alətlərinin müəyyənləşdirilməsi meyarlarını;
- həmin Qanunun 35.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələbləri;
- həmin Qanunun 36.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələbləri və məlumatların təqdim edilməsi qaydasını;
- həmin Qanunun 43.3-cü maddəsinə uyğun olaraq, lisenziya əsasında fəaliyyət göstərən operatorun minimum nizamnamə kapitalının miqdarını;
- həmin Qanunun 49.2.7-ci və 55.1.12-ci maddələrinə uyğun olaraq, məlumatın formasını;
- həmin Qanunun 49.2.11-ci maddəsinə uyğun olaraq, həssas ödəniş məlumatlarının yazılması, monitorinqi, izlənilməsi və bu məlumatlara girişin məhdudlaşdırılması üzrə prosedurlara dair tələbləri;
- həmin Qanunun 49.3-cü maddəsinə uyğun olaraq, göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və biznes-planına, daxili nəzarət və risklərin idarəetmə sistemlərinə, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirlərinə, fövqəladə hallarda fəaliyyətin davamlılığına və bərpa planına dair tələbləri;
- həmin Qanunun 55.3-cü maddəsinə uyğun olaraq, operatorun biznes-planı, daxili nəzarət sistemi, risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirləri, habelə fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planına dair tələbləri;
-. həmin Qanunun 59.2.3-cü maddəsinə uyğun olaraq, müstəsna olaraq hesab üzrə məlumat xidməti göstərmək istəyən hüquqi şəxs üçün mülki məsuliyyətin sığortalanması və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın verilməsi üçün nəzərdə tutulan həddin minimum miqdarını;
-  həmin Qanunun 62.3.1-ci maddəsinə uyğun olaraq, ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması qaydalarını, ödəniş alətlərinə dair, habelə nəzarət subyektləri tərəfindən informasiyanın mühafizəsinin təmin edilməsinə dair tələbləri;
-  həmin Qanunun 62.4-cü maddəsinə uyğun olaraq, nəzarət subyektləri tərəfindən verilən hesabatların (maliyyə hesabatları istisna olmaqla) formasını, məzmununu və təqdim edilməsi qaydasını.
Xəbər verdiyimiz kimi.
Prezident İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunu təsdiqləyib.
Marja xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 12-ci və 15-ci bəndlərinə uyğun olaraq ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun

Banklar     Tarix: 09 avqust 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes qurmaq depozit faizleri 1000 manatla biznes