Odero, Visa Ready Full Sertifikasiyasını Uğurla tamamladı
Azərbaycanda fəaliyyət göstərən ödəniş təşkilatı şirkəti Odero (Token Azərbaycan MMC), Visa tərəfindən təqdim edilən "Visa Ready Full" sertifikasiyasını tamamlayaraq "Visa Certified Payment Facilitator" statusunu aldı. Bu sertifikat, yalnız Visa-nın ciddi uyğunluq və təhlükəsizlik tələblərindən keçən, beynəlxalq standartlara cavab verən ödəniş təşkilatlarına təqdim olunur.
Qeyd edilən sertifikat xüsusilə turizm, rent a car və otel kimi beynəlxalq müştərilərlə çalışan sektorlar üçün mühüm əhəmiyyət daşıyır. Bu sahələr üzrə ödəniş qəbulu xidməti yalnız qeyd edilən sertifikatı əldə edən şirkətlər tərəfindən təqdim edilə bilir, bu da sertifikatın strateji əhəmiyyətini daha da artırır.
Sertifikat, ödəniş təhlükəsizliyi, risklərin idarə olunması, uyğunluq prosedurları və əməliyyat prosesləri üzrə Visa standartlarına tam uyğunluğun təsdiqi hesab olunur. Bu çərçivədə, Odero ilə əməkdaşlıq edən bizneslər daha şəffaf, təhlükəsiz və qlobal tələblərə cavab verən ödəniş infrastrukturu əldə edirlər.
Oderonun Baş Direktoru Raşit Kartalın sözlərinə görə, bu nailiyyət şirkətin beynəlxalq standartlara uyğun inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı, yerli bizneslərin qlobal bazara çıxışını dəstəkləməyi hədəfləyir. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?