Ölkədə daha hansı bankların bağlanma təhlükəsi var? – AÇIQLAMA

Ölkədə daha hansı bankların bağlanma təhlükəsi var? – AÇIQLAMACari ay ərzində "Muğan Bank"ın lisenziyası ləğv edildi. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən "Muğan Bank" ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Bundan bir müddət öncə isə Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi "Günay Bank" ASC müflis elan olunub.
Bəs hazırda ölkədə daha hansı bankların bağlanma təhlükəsi var? Bu halların qarşısı necə alına bilər?
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, "Muğan Bank" aktivlərinin həcminə görə Azərbaycanda faliyyət göstərən 24 bankdan 16-cı idi.
"Azərbaycanda aktivlərinin həcmi az olan banklar fəaliyyət göstərir. Amma təbii ki, aktivlərin həcmi yeganə meyar deyil. Burada digər meyarlar da var. Eyni zamanda, bu ilin 9 ayında "Muğan Bank"la yanaşı, başqa bankda da zərər qeydə alınıb. Bu ondan xəbər verir ki, nisbətən zəif hesab edilən bankların sağlamlaşdırılması ilə bağlı proqramın hazırlanıb icra edilməsinə ehtiyac var. Bununla da biz növbəti dövrdə bankların müflisləşməsini deyil, onların sağlaşdırılmasını müşahidə etməliyik. Həmin bankların ciddi şəkildə dəstəklənməsi ilə bağlı fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var", – deyə o əlavə edib.
Deputat əlavə edib ki, ümumiyyətlə, bank sektorunda şəffaflığın artırılmasına, daha səmərəli, çevik menecmentin qurulmasına dəstək göstərilməsinə ehtiyac var.
"Xüsusən bankdaxili idarəetmədə şəffaflığın təmini sahəsində fəaliyyətin gücləndirilməsi önəmlidir. Çünki müflis olan bankların təcrübəsi göstərir ki, yaranan problemlərdən biri bankdaxili idarəetmədə şəffaflığın zəif olmasıdır", – deyə V.Bayramov əlavə edib. / banker.az

Banklar     Tarix: 27 oktyabr 2023

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler bitkoin qiymeti biznes xeberleri biznes qurmaq pul qazanmaq