Orxan İsmayılov "Bank Respublika"da departament direktoru təyin edilib
"Bank Respublika" ASC-nin strukturunda daha bir departament yaradılıb, yeni struktura rəhbər təyin edilib.
Banker.az xəbər verir ki, Orxan İsmayılov yeni yaradılan Korporativ müştərilərlə iş departamentinə direktor təyin edilib.
15 ilə yaxın müddətdə bank təcrübəsi olan O.İsmayılov daha öncə "Bank Respublika"da direktor müavini, Korporativ satışlar üzrə menecer vəzifələrində çalışıb.
O.İsmayılov Bank Respublikaya 2018-ci ildən "AccessBank" QSC-dən gəlib.
O.İsmayılov Bakı Dövlət Universitetində "Tətbiqi Riyaziyyat və Kibernetika" üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində MBA "Menecment" ixtisası üzrə magistr dərəcəsi alıb.
Xatırladaq ki, ümumilikdə son həftə Bank Respublika 4 departamentinə yeni direktor təyin etdiyini elan edib. Bu departamentlərdən üçü – Korporativ müştərilərlə iş departamenti, Mərkəzləşdirilmiş biznes kreditləri departamenti və Strateji inkişaf departamentidir. Bununla yanaşı, digər direktoru dəyişdirilən Kiçik və orta biznes müştəriləri departamentidir.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Onlayn biznes növləri
Marketinq nə demədir?
Dünyanın ən varlı 10 adamı
"iPhone 15" modelinin üstünlükləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt