"Ötən il mikro sahibkarlar kreditlərinin 89.5%-ni, kiçik vəorta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib"

"Kapital Bank-ın sahibkarlara xidmət edən platforması "Birbank Biznes"in müştəriləri 2024-cü illə müqayisədə 43% artaraq 214 000 nəfərə çatıb. Onlardan böyük bir qismi 169 000 nəfəri mikro sahibkarlıqla məşğul olur".
Marja.az xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev bildirib.
"Bu artıma səbəb isə sahibkarların ehtiyaclarına uyğun məhsul və xidmətlər təqdim etməmizdir. Xüsusən də əməliyyatların rəqəmsallaşdırılması, sürətli və rahat olması bizə böyük həcmdə müştəri qazandırıb. Nümunə olaraq qeyd edim ki, 2025-ci ildə məsafədən hesab açan müştərilərimiz 91% təşkil edib. Mikro sahibkarlar kreditlərinin 89.5%-ni, kiçik və orta sahibkarlar isə 39%-ni onlayn rəsmiləşdirib. Kiçik və orta biznes və korporativ seqment üzrə müştərilərimiz bank köçürmələri və ödənişlərinin 98%-ni "Birbank Biznes" üzərindən edirlər".
"Birbank Biznes" sahibkarların inkişafına dəstək olur  
Cavid Mirzəyev əlavə edib:
"Biz il ərzində sahibkarların sosiallaşması, yeni biliklər qazanmaları üçün bir çox sosial dəstək layihələri keçiririk. Xüsusən, xanım sahibkarların şəxsi inkişafına dəstək prioritetlərimizdən biridir. Nümunə olaraq qeyd etsəm "Hər işdə birinci qadınlar" yarmarkasının,  VISA ilə birgə həyata keçirdiyimiz "She is next" layihəsinin adını çəkə bilərəm. Həmçinin ötən il Sahibkarlar Günündə Gəncə şəhərində keçirdiyimiz tədbirdə yüzlərlə sahibkar öz məhsullarını daha geniş auditoriyaya təqdim etməklə yanaşı, qoşulduqları təlimlərdə yeni biliklər də qazanıblar. Həmçinin, ötən il Visa və Birbank Biznes Azərbaycanda xanımlar üçün ilk birgə ko-brend biznes kartı olan Shes Next kartı istifadəyə verdi. Sahibkar xanımlar üçün nəzərdə tutulan kart öz sahibinə  manat, dollar və avro olmaqla üç valyutada sərbəst istifadə imkanı verir".

Banklar     Tarix: 23 aprel 2026

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler iqtisadiyyat xeberleri bank faizleri leobank kart kicik biznes