Ötən il yaradılan 10 manatlıq şirkətlər – XARİCƏ MİLYONLARLA DOLLARLIQ SATIŞ EDİB - SİYAHI

Ötən il yaradılan 10 manatlıq şirkətlər – XARİCƏ MİLYONLARLA DOLLARLIQ SATIŞ EDİB - SİYAHIİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayı açıqlanıb.
Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinqi açıqlandı - ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sneyabr sayına əsasən, ölkədəki iki şirkət ixracda aktiv iştirak etməyə başlayıb. Belə ki, həmin şirkətlər ötən ilin ilk səkkiz ayında heç bir ixrac əməliyyatı həyata keçirməsə də bu il milyon dollarlıq ixrac ediblər.
Beləliklə, bu ilin yanvar-avqust aylarında "Prime Export" MMC (VÖEN: 1704051651) 43,9 milyon dollarlıq, "Vvest Stream" MMC (VÖEN: 2009563081) 32,3 milyon dollarlıq məhsul ixrac edib.
Bundan başqa, "Silk Way Aviaşirkəti" MMC-nin (VÖEN: 9900067141) ixrac gəlirləri ötən ilin ilk səkkiz ayında cəmi 30 min dollar idisə, bu ilin eyni dövründə bu məbləğ 28,5 milyon dollara yüksəlib. Artım 28 milyon 470 min dollar və ya 950 dəfə olub.
Qeyd edək ki, "Prime Export" MMC ötən ilin avqust ayında yaradılıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əliyev Fuad Vilayət oğludur. MMC Bakı şəhəri, Səbail rayonu, Nesterov, ev.8a hüquqi ünvanında yerləşir.
"Vvest Stream" MMC isə 2025-ci ilin dekabr ayında yaradılıb. Yeni yaradılan şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Novruzəliyev Bəhruz Zirəddin oğludur. MMC Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov, ev.13, m.1 hüquqi ünvanında yerləşir.
"Silk Way Aviaşirkəti" MMC 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 33 milyon 501 min manat olan şirkətin qanuni təmsilçisi İslamov Rəhim İbiş oğludur. MMC Bakı şəhəri, Xətai rayonu, Binə ŞTQ, Heydər Əliyev Beynəlxalq Aeroportu, ev. "Silk way" Ofis Binası hüquqi ünvanında yerləşir.

Biznes     Tarix: 29 sentyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

ATİB nümayəndə heyəti "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasim

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin


iqtisadi xeberler dollar məzənnəsi 1000 manatla biznes online pul qazanmaq depozit faizleri