PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
®Bəzən uşaqların bir ideyanı necə həyəcanla paylaşdığını görmək gələcəyə daha ümidlə baxmağa kifayət edir.
Bu dəfə Şəkidə keçirilən sahibkarlıq layihəsində 50-yə yaxın uşaq öz ideyaları üzərində çalışdı, komandalar qurdu və ilk təqdimatlarını etdi. Biz də PAŞA Bank olaraq bu təşəbbüsün bir parçası olduq.
8–15 yaş aralığında iştirak edən uşaqlar layihə boyunca sahibkarlığın əsaslarını öyrəndi, mentorlarla çalışdı və öz məhsullarını hazırlayaraq təqdim etdilər.
"Bilim Bakı" mərkəzinin təcrübəli müəllimləri tərəfindən keçirilən təlimlər zamanı uşaqlar yalnız biznes haqqında bilik qazanmadılar. Eyni zamanda birlikdə işləməyi, qərar verməyi, fikirlərini ifadə etməyi və yaradıcı yanaşma formalaşdırmağı da təcrübədən keçirdilər.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin "Bilim Azərbaycan" layihəsi və Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə həyata keçirilib.
İnanırıq ki, uşaqların potensialına edilən hər investisiya gələcəyə edilən investisiyadır.


/ banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SMM nə deməkdir?
Dünyanın ən zəngin idmançıları
Bill Qeyts kimdir?