"PAŞA Bank" 2022-ci il 149.4 mln. manat xalis mənfəət əldə etdi, aktivləri 9 mlrd. manata çatır
Ölkənin ikinci ən iri bankı "PAŞA Bank" ASC 2022-ci ildə böyük xalis mənfəət əldə edib və aktivlərini 9 mlrd. manata doğru böyüdür.
Banker.az bankın rüblük hesabatına istinadla xəbər verir ki, bank 2022-ci ildə 312.34 mln. manatlıq faiz gəliri əldə etmiş, bunun da 212.86 mln. manatı müştərilərə verilən kreditlərin faizlərindən daxil olub.
Faiz gəlirlərini illik müqayisədə 19% artırmışdır.
Bank 51.34 mln. manat faiz xərci, 185.63 mln. manat qeyri-faiz gəliri və 232.58 mln. manat qeyri-faiz xərci olmuşdur ki, bu da onun əməliyyatnın 214.06 mln. manat mənfəətlə tamamlanması deməkdir.
Bank hesabat dövründə 49.26 mln. manat mənfəət vergisi ödəmiş və onun xalis mənfəəti 149.39 mln. manat olub.
"PAŞA Bank"ın bu xalis mənfəəti ardından onun bölüşdürülməmiş mənfəətinin həcmi 288.99 mln. manat olmuşdur.
Bank aktivlərinin həcmini ötən il ərzində 33% artırmaqla 8 mlrd. 519.81 mln. manata yüksəldib. Aktivlərinin əsas hissəsi isə nağd bəsaitlərdir ki, onun da həcmi 3.2 dəfə artmaqla 3 mlrd. 020.91 mln. manata yüksəlmişdir.
Əsas fəaliyyət sahəsi – müştərilərə verilən kreditlərin həcmi 7% artımla 2 mlrd. 728.06 mln. manata yüksəlib.
Bankın ilin sonuna depozit portfelinin həcmi 7 mlrd. 004.32 mln. manat olmuşdur ki, burada 1 mlrd. 568.7 mln. manatı fiziki və 5 mlrd. 435.62 mln. manatı hüquqi şəxslərin depozitləridir.



Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Marketinq nə demədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes təlimlər və tədris üsulları