"PAŞA Bank" ABA tərəfindən 5 nüfuzlu mükafata layiq görülüb
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən "Bankçılıq mükafatları" müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.
Belə ki, ölkədə bank sektorunun bütün iştirakçıları arasında keçirilən müsabiqədə maliyyə institutlarının 2024-ci il üzrə fəaliyyət nəticələri qiymətləndirilib. Assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən "PAŞA Bank" 5 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb. Belə ki, Bank, "Korporativ sosial məsuliyyət", "Maliyyə savadlılığı dəstəkçisi", "Təhsil dəstəkçisi", "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi" və "Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)" istiqamətlərində qalib elan olunub.
Xatırladaq ki, "PAŞA Bank", ötən illərdə də ABA tərəfindən müxtəlif nominasiyalarda nüfuzlu mükafatlarla təltif edilib. Son illər ərzində "PAŞA Bank" ölkənin qeyri-neft sektorunun güclənməsi, real sektorun və sahibkarlığın dayanıqlı inkişafı istiqamətində mühüm təşəbbüslərlə çıxış edərək həm yerli, həm də beynəlxalq səviyyədə əhəmiyyətli töhfələr verib. / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?