"PAŞA Bank" "Agile Azərbaycan Beynəlxalq Sammit 2024"də platin sponsordur

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 22 oktyabr 2024-cü il tarixində Bakıda keçirilən "Agile Azərbaycan Beynəlxalq Sammiti -2024" ("Agile Azerbaijan International Summit-2024") tədbirinin platin sponsorudur.
Sammitdə "PAŞA Bank"ı idarə heyətinin üvü Calal Orucov təmsil edib. Mükəmməl biznes idarəçiliyinə sahib Bank, innovasiyaların və "Agile" metodologiyasının tətbiqində fəal iştirak edir və platin sponsor olaraq göstərdiyi dəstəklə "Agile" yanaşmasına və biznesdə uğura sadiqliyini nümayiş etdirir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Sahənin yüksək səviyyəli mütəxəssislərini, peşəkarları və həvəskarları bir araya gətirən sammit regionda "Agile" metodologiyalarına və onların müxtəlif sferalarda tətbiqinə fokuslanan ən böyük tədbirlərdən biridir. Tədbirdə cıxış edən müxtəlif yerli və beynəlxalq ekspertlər məhsul inkişafında data əsaslı yanaşmalara diqqət çəkib və potensial uğursuzluqlardan öyrənmək üçün alətlər təqdim ediblər.
Sammitin əhəmiyyətli bir hissəsi "Agile" transformasiyası zamanı çətinliklərin öhdəsindən gəlmək və gələcək uğurlar üçün strategiyalar, süni intellektin "Agile" proseslərinə inteqrasiyası və bankçılıq sektoruna transformasiyası, "Agile" yanaşmasının kritik aspektlərini əhatə edib.  Tədbir çərçivəsində praktiki təlimlər və panel müzakirələri baş tutub. Bununla yanaşı, iştirakçılara təcrübə mübadiləsi və peşəkar əlaqələrin inkişafı üçün imkanlar təqdim edilib.
Azərbaycanın maliyyə sektorunun liderlərindən olan "PAŞA Bank" artıq 7 ildir ki, "Agile" metodologiyasını tətbiq edir və bu istiqamətdə böyük uğurlar əldə edib. / banker.az

Banklar     Tarix: 23 oktyabr 2024

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri bank faizleri bu gunun xeberleri