"PAŞA Bank" COP29 çərçivəsində "Korporativ dayanıqlılıq" adlı müzakirə paneli keçirəcək
Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişaf və bu sahədəki çağırışlara dair müzakirələrdə fəal iştirak edir.
Bu gün, 12 noyabrda, "PAŞA Bank" Yaşıl Zonada "Korporativ dayanıqlılıq" adlı panel müzakirəsini təşkil edir. Yerli və xarici mütəxəssisləri bir araya gətirən paneldə korporativ dayanıqlılığın prinsipləri, bu sahədə beynəlxalq təcrübə, müəssisələr tərəfindən ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin əməliyyatlara effektiv tətbiqi barədə fikir mübadiləsi aparılacaq.
Ekspertlər - BMT Qlobal Sazişinin Azərbaycan üzrə nümayəndəsi Samir Məmmədov, "Kapital Bank"ın baş icraçı direktoru Fərid Hüseynov, "Siemens Energy" şirkətinin Qərbi Avropa, Türkiyə, Mərkəzi Asiya və Qafqaz üzrə məsul vitse-prezidenti Maksim Zubov, "PwC" şirkətinin dayanıqlılıq üzrə rəhbəri Uil Cekson Mur və "Masdar" şirkətinin baş əməliyyat inzibatçısı Abduləziz Alobaidli dayanıqlı biznes modellərinin üstünlükləri, yeni tənzimləmələrə uyğunlaşma və diqər mövzuları müzakirə edəcəklər.
Müzakirə panelini izləmək istəyənlər 15:00-da Yaşıl Zonada yerləşən D42 pavilyonuna dəvət olunurlar. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Onlayn biznes ideyaları
Françayzinq nədir və necə olur?
İnstaqramda biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri
Dünyada ən çox oxunan 5 kitab