"PAŞA Bank" "ECOM Azerbaijan 2025" elektron ticarət forumunun əsas sponsorudur

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 9 aprel 2025-ci il tarixində Bakıda keçirilən nüfuzlu "ECOM Azerbaijan 2025" elektron ticarət forumunun əsas sponsoru qismində çıxış edib.
Azərbaycan və Türkiyənin elektron ticarət sektorunun əsas oyunçularını bir araya gətirən və irimiqyaslı e-ticarət platformalarından biri olan tədbir rəqəmsal iqtisadiyyatın inkişafına dəstəyi hədəfləyir.
Tədbirdə çıxış edən "PAŞA Bank" hesab və ödəniş xidmətləri, maliyyə texnologiyaları sahəsinin lideri Bəhman Orucov Azərbaycanda elektron ticarət ekosisteminin inkişafında Bankın rolunu vurğulayıb. O, qeyd edib ki, Bankın tədbirin əsas sponsoru kimi çıxış etməsi yalnız bu tədbirə deyil, bütövlükdə ölkədə rəqəmsal transformasiya və innovativ iqtisadi inkişafın dəstəklənməsinə yönəlmiş strateji yanaşmanın göstəricisidir.
"PAŞA Bank olaraq, kiçik və orta bizneslər (KOB) və sahibkarlar üçün texnologiyaya əsaslanan həllər təqdim edərək rəqəmsal ticarətin inkişafına sistemli yanaşırıq. Elektron ticarət platformamız, bizneslərin rəqəmsal mühitdə daha səmərəli fəaliyyət göstərməsinə kömək etmək üçün sadələşdirilmiş qeydiyyat, çevik ödəniş seçimləri və məlumat əsaslı maliyyə alətlərinə çıxış imkanı təmin edir. 2026-cı ilə baxışımız, uzunmüddətli inkişafa dəstək olan, davamlı dəyər yaradan və yerli müəssisələrin rəqabət qabiliyyətini gücləndirən müştəri yönümlü ekosistem qurmağa yönəlib," – deyə, Orucov bildirib.
Foruma qatılan digər "PAŞA Bank" nümayəndəsi, data departamentinin direktoru İlker Kurtuluş elektron ticarətdə məlumatların effektiv istifadəsi ilə uğur qazanma yolları barədə danışıb.
Xatırladaq ki, tədbir elektron bazarın inkişaf strategiyaları, yeni nəsil müştəri təcrübələri, süni intellektin elektron ticarət əməliyyatlarına təsiri və onlayn ödənişlərin gələcəyi, elektron ticarətin rəqabət üstünlüyü və bir sıra digər aktual mövzuları əhatə edib. Panel zamanı iştirakçılar elektron ticarətdə real təcrübələrə əsaslanan inkişaf strategiyalarını və rəqəmsal ödənişlərin gələcək trendlərini, risklərini və imkanlarını müzakirə ediblər.
/ banker.az

Banklar     Tarix: 11 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler en son xeberler bitkoin almaq investisiya 1000 manatla biznes