"PAŞA Bank" gənclər arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsini dəstəkləyir

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" gənclərin peşəkar inkişafına yönələn təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, Bankın tərəfdaşlığı ilə "Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi" layihəsi başlayır.
Layihənin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncə tərzinin və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də sosial və ekoloji problemlərin həlli istiqamətində onların mütərəqqi ideyalarının reallaşdırılmasıdır. Azərbaycanda startap ekosisteminin inkişafında gənclərin aktiv iştirakını təşviq edəcək bu layihəyə 18-29 yaş arası şəxslər qatıla bilər.
Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin birgə tərəşdaşlığı ilə baş tutan "Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi" layihəsi üç mərhələdən ibarət olacaq. Layihənin ilk mərhələsində "İdeyanı dizayn et!" adlı "bootcamp" təşkil ediləcək. "Bootcamp" iştirakçıları qeydiyyat əsasında seçiləcək.
"Bootcamp"da iştirak etmək istəyən gənclər 26 mart tarixinədək  linkinə daxil olmaqla, qeydiyyatdan keçə bilərlər. Xatırladaq ki, "PAŞA Bank", Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi ilə əməkdaşlıqda "Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək" layihəsini də həyata keçirib. Bu layihə çərçivəsində 2018-2021-ci illərdə Bakı, Gəncə, Qax, Mingəçevir, Xaçmaz, Masallı, Qəbələ, Zaqataladakı peşə və orta məktəblərdə təhsil alan 5 000 yaxın məktəbli və 170 müəllim sahibkarlığın, eləcə də maliyyə savadlılığının artırılması istiqamətində keçirilən tədrislərə qatılıb. / banker.az

Banklar     Tarix: 16 mart 2023

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri kicik biznes bitkoin qiymeti