"PAŞA Bank" gənclərin peşəkar inkişafını dəstəkləyəcək növbəti təşəbbüsə start verir
Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank", gənclərin peşəkar inkişafını dəstəkləyən təşəbbüslər həyata keçirməyə davam edir. Belə ki, Bank tərəfindən data sahəsinə marağı olan gənclər üçün "Data Zone" təlim düşərgəsi təşkil olunur.
Təlim düşərgəsi "PAŞA Bank"ın baş ofisi və ADA Universitetində təşkil olunmaqla iki ay boyunca davam edəcək. Bu zaman müasir gündəmin mühüm istiqamətlərindən olan "Data mühəndisliyi "("Data Engineering"), "Data elmi və maşın öyrənməsi " ("Data Science & Machine Learning ") və "Data idarə edilməsi" ("Data Governance") sahələri əhatə olunacaq. İştirakçılar "PAŞA Bank"ın data peşəkarları tərəfindən keçirilən təlimlərdə praktiki biliklər qazana və təlimçilərin zəngin təcrübələrindən faydalana biləcəklər.
Tədris boyunca fəallığı ilə seçilən və imtahanları uğurla başa vuran iştirakçılar "PAŞA Bank"da xüsusi hazırlanmış proqram üzrə işlə təmin olunma şansı əldə edəcəklər.
Qeyd edək ki, düşərgənin əsas məqsədi karyerasını data istiqamətində qurmaq istəyən gəncləri qısa müddətdə lazımi bilik və bacarıqlarla təmin etmək, bununla da ölkədə data peşəkarlarının yetişməsinə töhfə verməkdir.
Düşərgəyə qeydiyyat üçün son tarix sentyabr ayının 15-dir.
Ətraflı məlumat əldə etmək və qoşulma şərtləri ilə tanış olmaq üçün bu səhifəyə keçid edin: / banker.az

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub
"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb
ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər
Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb
"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib
YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Yatırım olmadan necə biznes qurmaq olar?
Green Card nədir və onu necə əldə etmək olar?
Dünyada ən çox oxunan 5 kitab
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Fond birjası nədir?