"PAŞA Bank" həssas əhali qruplarının özünüməşğulluğunun təşkilini dəstəkləməyə davam edir
®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" əhalinin rifahının yüksəldilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə töhfə verir. Belə ki, Bank, həssas əhali qruplarının özünüməşğulluğunun təşkilini dəstəkləməyə davam edir.
Bu layihə çərçivəsində 16-17 avqust tarixlərində "PAŞA Bank" tərəfindən Bakı, Ağcabədi, Ağdam, Ağstafa, Göyçay, Göygöl, Naftalan, Tərtər və Tovuzda məskunlaşmış məcburi köçkün və şəhid ailələrinə xüsusi avadanlıqlar çatdırılıb. Bu avadanlıqlar vasitəsilə əhaliyə öz bizneslərini qurmaq və idarə etmək imkanı təqdim olunub.
Xatırladaq ki, "PAŞA Bank" 2020-ci ildən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilən bu layihədə fəal surətdə iştirak edir. Bank bu layihə çərçivəsində artıq 100-dən çox ailəyə dəstək göstərməyə müvəffəq olub. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Dünyanın ən bahalı restoranları
ƏDV geri al və onun üstünlükləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn biznes növləri