"PAŞA Bank" Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsorudur

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 12 mart 2025-ci il tarixində Bakıda keçirilmiş Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsoru qismində çıxış etmişdir. Tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu təmsilçiləri, kommersiya bankları və fintech şirkətlərinin nümayəndələrindən ibarət 150-dən çox şəxsin iştirakı ilə həyata keçirilib.
Forumda istiqraz və səhm bazarlarının inkişaf perspektivləri, regional və qlobal fond bazarlarına çıxış imkanları, innovativ maliyyə alətlərinin iqtisadiyyatda tətbiqi, dayanıqlı inkişafı təmin edən "yaşıl maliyyə" və milli Ekoloji, Sosial və İdarəetmə (ESİ) standartları kimi aktual mövzular müzakirə edilib. Tədbirdə kiçik və orta sahibkarlığa (KOS) dəstək mexanizmləri, "startup" seqmenti üzrə trendlər və çağırışlara dair geniş fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində keçirilən müzakirə panelində "PAŞA Bank"ın kreditləşmə, innovasiya və xidmətlərin optimizasiyası üzrə sahə lideri Ceyhun Baloğlanov iştirak etmişdir. O, bank sektorunda innovativ yanaşmalar, məlumat idarəetməsinin rolu, yeni texnologiyaların tətbiqi barədə fikirlərini bölüşərək, Bankın müştəri təcrübəsinin təkmilləşdirilməsinə və KOS müştəriləri üçün maliyyə əlçatanlığını artırmaq istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, Milli Maliyyə Əlçatanlığı Forumu "Azərbaycan Milli Biznes Assosiasiyası" və "Caspian Energy Club" tərəfindən təşkil olunmuşdur.
/ banker.az

Banklar     Tarix: 13 mart 2025

Oxşar xəbərlər

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi bitcoin bitkoin qiymeti