"PAŞA Bank" ölkədə ilk "Faktorinq Klubu"nu yaratdı

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" ölkənin ilk "Faktorinq Klubu"nun rəsmi açılış mərasimini keçirib. Martın 1-də baş tutan tədbirdə 20-dən çox iri biznes şirkətlərinin təmsilçiləri iştirak ediblər.
"Faktorinq Klubu"nun yaradılmasında əsas məqsəd alıcı şirkətlər, onların təchizatçıları və "PAŞA Bank" arasında qarşılıqlı biznes əlaqələrini genişləndirmək, kiçik və orta sahibkarların faktorinq məhsulundan daha çox faydalanması üçün şərait yaratmaq və bununla da bazarda rəqabət üstünlüklərini gücləndirməkdir.
Tədbirdə çıxış edən "PAŞA Bank"ın İdarə heyəti sədri və Baş icraçı direktor Cavid Quliyev bildirib ki, real sektorun inkişafını hədəfləyən bir maliyyə institutu olaraq, Bank Azərbaycanda sağlam və innovativ maliyyə ekosisteminin formalaşdırılmasına sadiqdir.
"Bu gün "PAŞA Bank" Azərbaycan bazarında yeganə bankdır ki, öz müştəriləri üçün rəqəmsal faktorinq xidmətləri göstərir. Yaradılan çoxsahəli ekosistem, müştərilərimizin maliyyə effektivliyini artırmaqla yanaşı, rəqəmsal həllərlə iş proseslərini optimallaşdırır və bazarın daima dəyişən tələblərinə sürətlə uyğunlaşmaq imkanını təmin edir. Əminəm ki, "PAŞA Bank"ın yaratdığı "Faktorinq Klubu" bizneslər və xidmət təminatçılarını bir araya gətirən, sahibkarların fəaliyyətinə və ölkəmizin iqtisadiyyatının dayanıqlı inkişafına əlavə dəyər qatan platforma olacaqdır", – deyə, C. Quliyev bildirib.
Qeyd edək ki, "PAŞA Bank" 2014-cü ildən etibarən ölkədə faktorinq xidmətləri göstərir. Xidmətdən yalnız "PAŞA Bank"ın müştəriləri deyil, ölkədə fəaliyyət göstərən digər hüquqi şəxslər və fərdi sahibkarlar da istifadə edə bilər.
Faktorinq məhsulunun bütün üstünlükləri haqqında ətraflı məlumat almaq və onlayn müraciət forması üçün bu linkə keçid alın. / banker.az

Banklar     Tarix: 05 mart 2024

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler bu gunun xeberleri dollar kursu internetden pul qazanmaq biznes qurmaq