"PAŞA Bank" POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" müştəri təcrübəsini zənginləşdirmək və beynəlxalq ödəniş imkanlarını genişləndirmək məqsədilə POS-terminallarında "UnionPay" kartları ilə aparılan ödənişləri qəbul etməyə başlayıb.
Marja xəbər verir ki, bu yenilik "PAŞA Bank" və UnionPay International beynəlxalq ödəniş sistemi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bankın POS-terminalları üzərindən "UnionPay" kartları ilə bütün əməliyyatların fasiləsiz və təhlükəsiz icrası təmin edilir. Ödəniş sisteminə bu kartların daxil edilməsi ticarət müəssisələrinə daha geniş müştəri bazasına çıxış imkanı və xarici kart istifadəçiləri üçün rahatlıq yaradır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Təşəbbüs "PAŞA Bank" üçün həm innovativ ödəniş həllərinin tətbiqi, həm də yerli bizneslərin beynəlxalq bazarlara inteqrasiyası baxımından mühüm addımdır.
Qeyd edək ki, "PAŞA Bank"ın POS-terminalları sahibkarlara rahatlıq və etibarlılıq qazandıran üstünlükləri ilə seçilir. QR kodla ödəniş və 18 ayadək taksit imkanı müştərilərin alış gücünü artıraraq satışları stimullaşdırır, terminallar isə sifariş zamanı ünvana pulsuz çatdırılaraq istifadəyə hazır şəkildə təqdim olunur.
POS-terminallarla bağlı ətraflı məlumat və sifariş üçün linkə keçid alın. 
2007-ci ildən fəaliyyət göstərən "PAŞA Bank" korporativ müştərilərə, KOB-lara və sahibkarlara müxtəlif bank və investisiya xidmətləri təqdim edir. Azərbaycan bazarında kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə "PAŞA Bank" 2024-cü ildə nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney" tərəfindən "Ən yaxşı KOS bankı" mükafatına layiq görülüb. Bundan əlavə, Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "International Investor" və "Euromoney" beynəlxalq nəşrləri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" elan edilib, həmçinin "Stevie Awards" tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, "PAŞA Bank" bu il "Global Finance" nəşri tərəfindən təqdim edilən "World"s Best Private Banks 2025" mükafatlarının qaliblərindən biri olaraq tanınıb. / marja.az

Banklar     Tarix: 18 dekabr 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri