"PAŞA Bank" sahibkar dostunuzla birgə qazandıran yeni layihə təqdim edir
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" sahibkarlar üçün qarşılıqlı faydaya əsaslanan yeni layihəni təqdim edib. Layihə çərçivəsində sahibkarlar dostlarını banka dəvət edərək birgə qazanc əldə edəcəklər.
Dəvət olunan şəxs hesab açıb "Tarifim" məhsulunu əldə etdikdə həmin tarif üzrə ödənilən komissiya məbləğinin 10%-i dəvət edənə, 10%-i isə dəvət olunana geri ödənir. Beləliklə, hər iki sahibkar eyni vaxtda fayda əldə etmiş olur.
Qazanmaq üçün atılacaq sadə addımlar:
"PAŞA Bank Biznes" hesabınızdakı sizə məxsus linki sahibkar dostunuzla paylaşın;
Dəvət etdiyiniz şəxs linkə keçərək hesab açsın;
Dostunuz "Tarifim" paketini alsın;
Ay sonunda komissiya məbləğinin 10%-i hər ikinizin hesabına köçürülsün.
İştirak yalnız "PAŞA Bank Biznes" veb-platforması üzərindən mümkündür:
Layihə bankın müştəri yönümlü xidmət siyasətinin tərkib hissəsidir və bizneslər arasında əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir. Proqram haqqında ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.
2025-ci ildə PAŞA Bank real sektor və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "International Investor" və "Euromoney" beynəlxalq nəşrləri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" seçilib, həmçinin "Stevie Awards"–da "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub və "Global Finance" nəşri tərəfindən təqdim olunan "World"s Best Private Banks 2025" mükafatının qaliblərindən biridir.
"PAŞA Bank" rəqəmsal bankçılıq və biznes yönümlü xidmətlər sahəsində mühüm uğurlar əldə edib. Bank müştəriyönümlü yanaşması, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri ilə seçilir və gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirmək niyyətindədir. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Whatsapp biznesin üstünlükləri nələrdir?
İban nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?