"PAŞA Bank" səhmlərini birjaya çıxarır – İLK DƏFƏ

Azərbaycanın ən iri korporativ bankı "PAŞA Bank" ASC səhm buraxır.
Banker.az-ın əldə etdiyi məlumata görə, hazırda "PAŞA Bank" ASC səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə start verib. Bildirilir ki, səhmlərlə bağlı ümumi açıqlamalar, həcm, nominal dəyər və hədəflərə dair məsələ 2026-cı ilin 28 fevralında keçiriləcək açıqlamada mətbuata geniş şəkildə təqdim ediləcək.
Bu, ABB-dən sonra Bakı Fond Birjasında səhm buraxan ikinci kommersiya bankı olacaq.
Hazırda bankın bir səhminin nominal dəyəri 33 300 manatdır. İlkin ehtimallara görə, bank IPO çərçivəsində pərakəndə investorların sayını artırmaq məqsədilə split, yəni səhmlərin bölünməsi prosesinə gedə bilər.
Bank 2024-cü il üzrə audit olunmuş hesabatında 214.5 mln. manat xalis mənfəət əldə edib.
"PAŞA Bank" səhmdarlarına 2022-ci ildə 30 mln. manat, 2023-cü ildə 60 mln. manat, 2024-cü ildə 154.22 mln. manat, 2025-ci ildə isə 40 mln. manat həcmində dividend ödəyib. Bu isə ümumilikdə son 4 ildə 284 mln. manatlıq dividend deməkdir. Beləliklə, bir səhmin dividend üzrə gəlirliliyi ümumilikdə 8 528 manat, illik isə təqribən orta hesabla 6%-dən yuxarı gəlirlilik təşkil edir.
Bankın özü tərəfindən tərtib edilən maliyyə hesabatına görə, "PAŞA Bank" ASC 2025-ci ildə əsas maliyyə göstəriciləri üzrə yüksəliş nümayiş etdirir. Bankın cəmi gəlirləri faiz və qeyri-faiz gəlirləri hesabına təxminən 808 mln. manat təşkil edib. İl ərzində xalis mənfəət 149 mln. manat səviyyəsində olub.
Hesabat dövrünün sonunda bankın cəmi aktivləri 9.41 mlrd. manata yüksəlib. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli 3.43 mlrd. manat olub ki, bunun 3.11 mlrd. manatı real iqtisadiyyata yönəldilmiş biznes kreditlərinin payına düşür. Kredit portfelinin genişlənməsi kreditlər üzrə faiz gəlirlərinin artmasına şərait yaradıb və bu göstərici 302 mln. manat səviyyəsinə çatıb.
Bankın cəmi kapitalı 2025-ci ilin sonuna təxminən 918 mln. manat olub. Bunun 355 mln. manatı nizamnamə kapitalı, 505 mln. manatı isə bölüşdürülməmiş mənfəət hesabına formalaşıb.

Banklar     Tarix: 19 yanvar 2026

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler birbank pul qazanmaq dollarin kursu bu gun valyuta xeberleri