"PAŞA Bank" süni intellekt üzrə təlim proqramına qeydiyyata start verdi
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" və bazarda aktiv fəaliyyət göstərən akademiyalardan biri Div Academy ortaq əməkdaşlıq çərçivəsində yeni sosial yönümlü təşəbbüs – "AI for Good" süni intellekt təlim proqramının qeydiyyat prosesinə start verib. Layihə valideynini itirmiş, 18–23 yaş arası gənclərin rəqəmsal bacarıqlara çıxışını genişləndirməyi və onların əmək bazarına inteqrasiyasını dəstəkləməyi hədəfləyir.
Proqram tam olaraq ödənişsizdir və tədris xərcləri layihənin tərəfdaşları tərəfindən qarşılanır.
3 ay davam edəcək təlim müddətində iştirakçılar:
Süni intellektin əsasları və tətbiq sahələri,
No-code texnologiyaları və onların real biznes proseslərində istifadəsi,
Rəqəmsal bacarıqların inkişafına dair praktiki yanaşmalar üzrə biliklər əldə edəcəklər.
Tədris prosesi həmçinin mentorluq görüşləri, sahə mütəxəssisləri ilə interaktiv sessiyalar və real layihələr üzərində çalışma imkanları ilə zənginləşdiriləcək.
Layihə "PAŞA Bank"ın sosial məsuliyyət strategiyasına uyğun olaraq gənclərin inkişafına, rəqəmsal savadlılığın artırılmasına və gələcək peşə perspektivlərinin genişləndirilməsinə töhfə verməyi hədəfləyir. Bank fəaliyyətə başladığı gündən insan kapitalının inkişafını, biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. "PAŞA Bank" gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrə imza atmağa davam edəcək. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Ən çox soruşulan müsahibə sualları hansılardır?