"PAŞA Bank" tərəfindən "Risklərin idarə edilməsi konfransı 2022" keçirilib

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank" tərəfindən "Risklərin idarə edilməsi konfransı 2022" tədbiri keçirilib.
"PAŞA Bank"ın təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası, "PwC", "Deloitte", "Anthesis Group", "Crede", "Provenir" kimi şirkətlərin dəstəyi ilə oktyabr ayının 5-də "Four Seasons" mehmanxanasında baş tutan konfrans bir neçə müzakirə paneli və tətbiqi sessiyalardan ibarət olub.
Konfransda çıxış edən yerli ve beynəlxalq təcrübəli spikerlər təşkilatlarımız üçün ən təhlükəli risklərin potensial təsiri, dəyişkən mühitdə kredit risklərinin öhdəsindən gəlməyin yolları və rəqəmsal risklərin biznesə inteqrasiyası kimi mühüm mövzulara dair mövqelərini səsləndiriblər.
"PAŞA Bank"ın idarə heyətinin üzvü və baş risk inzibatçısı Xəyalə Nağıyeva konfransda çıxışı zamanı təşkilatların yeni risk gündəmini necə qurmalı olduqlarından danışıb. "Bu gün rəhbərlər risk meyarları ilə bağlı menecmenti daha məsuliyyətli tutmağa meyl etməlidirlər. Sosial, geosiyasi və biznes mühiti əvvəlkindən daha sürətlə dəyişir. Texnologiyaların əksəriyyəti bəzi müəssisələr onları qəbul etməyi başa vurmamış dəyişdirilir və yenisi ixtira edilir. Biznesin dayanıqlı və davamlı olması üçün düzgün prioritetləmə hər zamankından daha vacibdir", – deyə X. Nağıyeva bildirib.
Tədbirin ikinci hissəsində isə spikerlərin bələdçiliyi ilə praktiki sessiyalar keçirilib. "Risk idarəetmə modeli" sessiyasında risk idarəetmə modelinin əsasları və biznesdə tətbiqinin giriş səviyyəsi üçün mühüm tövsiyələr paylaşılıb. "Krisklərinin idarə edilməsi" sessiyasında "IFRS9" ilə bağlı çətinliklərin, qanunvericilikdəki dəyişikliklərin, eləcə də Pərakəndə, Korporativ və KOS seqmentləri üçün kredit risklərinin qiymətləndirilməsində sistemli risklərin idarə olunmasına dair praktiki məlumatlar səsləndirilib. "Qeyri-maliyyə risklərinin müəyyənləşdirilməsi və idarə edilməsi" sessiyası isə risklərin müəyyənləşdirilməsində və qiymətləndirilməsində mövcud olan tendensiyalara və müvafiq qabaqcıl təcrübəyə əsaslanan yanaşmalara həsr olunub.
Qeyd edək ki, konfransda və praktiki sessiyalarda dövlət və özəl sektorun ümumilikdə 100-dən çox nümayəndəsi iştirak edib.
/ banker.az

Banklar     Tarix: 06 oktyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind


iqtisadi xeberler en son xeberler bitkoin qiymeti birbank bitcoin qiymeti