"PAŞA Bank" zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 2020-ci il 44 günlük Vətən müharibəsində qazanılan zəfərin 5 illik yubileyi münasibətilə hər bir vətəndaşı "YAŞAT" Fonduna dəstək göstərməyə dəvət edir.
"Zəfər təkcə qazanılmır, həm də qorunur. Qəlbən bizi yaşadanları YAŞAT" şüarı ilə çıxış edən "PAŞA Bank" bu çağırışı "YAŞAT" Fondu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirir.
"Bank olaraq inanırıq ki, kiçik bir ianə belə böyük minnətdarlıq və dəstək deməkdir. "YAŞAT" Fondu vasitəsilə göstərilən hər bir dəstək qəhrəmanlarımızın ailələrinə yardım və ehtiram deməkdir. Bank hər zaman vətəndaşlarımızı vətənimizin gələcəyini qoruyan təşəbbüslərə qoşulmağa çağırır. Bu zəfəri bizə yaşadan qəhrəmanları yaşatmaq hər birimizin borcudur," – deyə, "PAŞA Bank"ın Marketinq direktoru Zara İbrahimzadə bildirib.
Qeyd edək ki, "PAŞA Bank"ın mobil tətbiqlərində "YAŞAT" Fonduna ianə üçün birbaşa keçidlər olacaq, bu isə vətəndaşlara ödənişi daha rahat etməyə imkan verəcək. Bankın çağırışına dəstək olmaq istəyən hər kəs linkə keçid edərək, "YAŞAT" Fonduna ianə edə bilər. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin nədir?
Onlayn biznes növləri
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 müğənnisi
"Freelance" nədir?