"PAŞA Bank"ın "Bilik səfəri" regional inkişaf layihəsinə qeydiyyat başladı
®"PAŞA Bank" sosial məsuliyyət proqramı çərçivəsində bölgələrdə müasir əmək bazarının tələbi olan sahələr üzrə yeni mütəxəssislər yetişdirməyi hədəfləyən "Bilik səfəri" adlı regional inkişaf təşəbbüsünü həyata keçirir.
İlkin olaraq Gəncə şəhərində keçiriləcək layihədə ümumilikdə 70 nəfər informasiya texnologiyaları və əlaqə mərkəzi sahələri üzrə təlim proqramına qatılacaq. Təlimlərdə bakalavr təhsilinin son ilində olan tələbələr və məzunlar, magistr tələbələri, eləcə də artıq püxtələşmiş və 10 ilə qədər iş təcrübəsinə malik şəxslər iştirak edə biləcək.
Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən xüsusi tədris proqramları və intensiv təlim sessiyaları təşkil ediləcək. Ümumilikdə 3 ay davam edəcək proqram iştirakçıların əmək bazarında tələb olunan bilik və bacarıqlarını inkişaf etdirəcək.
Maraqlanan şəxslər "PAŞA Bank"ın rəsmi platformalarında yerləşdirilən link vasitəsilə qeydiyyatdan keçər bilərlər:
IT sahəsi üzrə:
Əlaqə mərkəzi sahəsi üzrə:
"Bilik səfəri" layihəsi üzrə müraciətlərin qəbulu 25 avqust 2025-ci il tarixinədək davam edəcək.
Qeyd edək ki, "PAŞA Bank" fəaliyyətə başladığı ilk gündən ölkədə insan kapitalının inkişafını, peşəkar biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini hədəfləyən onlarla uğurlu layihə həyata keçirib. Bank bu istiqamətdə uzunmüddətli strategiyasına sadiq qalaraq gələcəkdə də bir çox gəncin təhsil və karyera imkanlarını genişləndirəcək proqramlar keçirməyi davam etdirəcək. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Bill Qeyts kimdir?