PAŞA Bankın dəstəyi ilə Azərbaycan gəncləri Microsoft Dünya Çempionatının finalında ölkəni uğurla təmsil ediblər
®Azərbaycan ölkə tarixində ilk dəfə olaraq rəqəmsal bacarıqlar sahəsində dünyanın ən nüfuzlu beynəlxalq yarışlarından biri hesab olunan Microsoft Dünya Çempionatının finalında təmsil olunub. Final mərhələsi 26–29 iyul tarixlərində ABŞ-ın Kaliforniya ştatının Anaheim şəhərində keçirilib.
Layihə Bakı Dizayn Akademiyasının təşkilatçılığı, PAŞA Bank, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və ASAN İnnovativ İnkişaf Mərkəzinin maliyyə dəstəyi, eləcə də Certiport/Pearson və Microsoft-un tərəfdaşlığı ilə həyata keçirilib.
PAŞA Bankın dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycanı final mərhələsində üç gənc təmsil edib. Dünyanın 42 ölkəsindən 350-dən çox iştirakçının mübarizə apardığı yarışda Azərbaycan təmsilçilərindən ikisi ilk onluğa daxil olaraq müvafiq olaraq 6-cı və 9-cu yerləri tutub. Bu nəticə Azərbaycanın rəqəmsal bacarıqlar sahəsində beynəlxalq arenada əldə etdiyi mühüm uğurlardan biri kimi qiymətləndirilir.
Yarışa hazırlıq çərçivəsində milli seçim mərhələsində 500-ə yaxın gənc iştirak edib, onlardan 100 nəfəri final hakatonuna vəsiqə qazanıb. 50 azərbaycanlı gənc beynəlxalq sertifikat əldə edib, ən yüksək nəticə göstərən 3 iştirakçı isə Microsoft Dünya Çempionatının finalında ölkəmizi təmsil etmək hüququ qazanıb.
PAŞA Bank gənclərin inkişafı, rəqəmsal bilik və bacarıqlarının artırılması, eləcə də onların beynəlxalq platformalarda öz potensialını nümayiş etdirməsi istiqamətində həyata keçirilən təşəbbüslərə davamlı dəstək göstərir. Bank insan kapitalının inkişafını dayanıqlı inkişafın əsas istiqamətlərindən biri hesab edir və gənclərin innovasiya, texnologiya və müasir peşə bacarıqları sahəsində inkişafına yönəlmiş layihələrə töhfə verir.

/ banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
İban nədir?
Biznes nədir?