"PAŞA Bank"ın dəstəyi ilə "Call of Data Workshop"u keçiriləcək
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" İT sahəsinin inkişafına töhfə verən tədbirlərin təşkil olunmasını davam etdirir.
Belə ki, Bankın təşəbbüsü ilə 2-3 noyabrda "Call of Data Workshop"u keçiriləcək. Bu tədbir praktiki proqram məlumatlarının təhlili, idarə olunması və tətbiqi mövzusunu əhatə edəcək. İştirakçılar həmçinin yeni texnoloji həllər və ən son meqatrendlər haqqında məlumat əldə edə biləcək.
Tədbirin spikerləri sırasında Türkiyədən olan ekspertlər Cihan Cilingir və Murat Ova, eləcə də "PAŞA Bank"ın Data şöbəsinin əməkdaşları çıxış edəcək. Spikerlər "Data Lineage", "Data Governance" və "Data Management" mövzuları barədə fikirlərini bölüşəcəklər. Proqram haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu səhifəyə daxil olun.
Qeyd edək ki, "PAŞA Bank", ölkənin İT sahəsinin inkişafını dəstəkləyən müxtəlif layihələr həyata keçirib. "Rəqəmsal Zirvələr" konfransı, "DevOpsdays" və "Tech Talks" tədbirləri, ənənəvi olaraq keçirilən "PASHA Bank Cup" müsabiqəsi bu istiqamətdə keçirilən layihələr sırasındadır. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Bitcoin necə işləyir?
SWIFT nədir?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 adamı
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?