PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır

PAŞA Bankın dəstəyi ilə ®Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Bu məqsədlə 7 sentyabr 2026-cı il tarixində PAŞA Bank və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev və Teatrın direktoru Yusif Eyvazov imzalayıblar.
PAŞA Bankın dəstəyi ilə Layihə Azərbaycan balet tarixində xüsusi yeri olan "Qız qalası"nın səhnə həyatının bərpasını və əsərin müasir tamaşaçıya yenidən təqdim olunmasını nəzərdə tutur.
PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib:
"Bəzi əsərlər zaman keçdikcə bir ölkənin mədəni yaddaşının ayrılmaz hissəsinə çevrilir. "Qız qalası" da məhz belə əsərlərdəndir. Azərbaycanın ilk milli baletinin yenidən səhnəyə qayıtmasına dəstək vermək bizim üçün xüsusi əhəmiyyət daşıyır. İstəyirik ki, illər əvvəl Azərbaycan balet sənətində yeni bir səhifə açmış bu əsəri bu günün tamaşaçısı da səhnədə görə bilsin. Düşünürəm ki, mədəni irsi yaşatmağın ən yaxşı yollarından biri onu yeni nəsillərlə yenidən görüşdürməkdir."
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov qeyd edib:
" "Qız qalası" baleti Azərbaycan balet sənətinin təməlini qoyaraq milli musiqi və rəqs ənənələrinin klassik balet sənəti ilə bir araya gətirən əsər kimi Azərbaycan musiqi və səhnə sənəti tarixində xüsusi yer tutur. Onun yenidən səhnəyə qayıtması bizim üçün əlamətdar hadisədir. Məqsədimiz əsərin tarixi və bədii ruhunu qorumaqla onu bugünkü səhnənin imkanları ilə tamaşaçıya təqdim etməkdir. Belə böyük layihələrin həyata keçirilməsi güclü tərəfdaşlıq tələb edir və bu təşəbbüsdə PAŞA Bankın dəstəyini yüksək qiymətləndiririk".
PAŞA Bankın dəstəyi ilə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baleti ilk dəfə 1940-cı ildə səhnəyə qoyulub. Azərbaycanın ilk milli baleti hesab olunan əsər milli musiqi və rəqs ənənələrini klassik balet sənəti ilə bir araya gətirməsi ilə Azərbaycan musiqi və səhnə sənəti tarixində xüsusi yer tutur.
"Qız qalası" PAŞA Bankın Azərbaycan mədəniyyətinin mühüm nümunələrinin qorunmasına və yenidən geniş auditoriyaya təqdim olunmasına dəstək verdiyi layihələrin davamıdır. Bank daha əvvəl "Koroğlu" operasının bərpasına, Fikrət Əmirovun simfonik muğamlarının toplu şəklində hazırlanmasına, Azərbaycan xalçaçılıq sənətinin təbliğinə, eləcə də milli kinonun tanıdılması və təşviqinə dəstək göstərib. / banker.az

Banklar     Tarix: 08 sentyabr 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin qiymeti online pul qazanmaq telefonla pul qazanmaq