PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır
®Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Bu məqsədlə 7 sentyabr 2026-cı il tarixində PAŞA Bank və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev və Teatrın direktoru Yusif Eyvazov imzalayıblar.
Layihə Azərbaycan balet tarixində xüsusi yeri olan "Qız qalası"nın səhnə həyatının bərpasını və əsərin müasir tamaşaçıya yenidən təqdim olunmasını nəzərdə tutur.
PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib:
"Bəzi əsərlər zaman keçdikcə bir ölkənin mədəni yaddaşının ayrılmaz hissəsinə çevrilir. "Qız qalası" da məhz belə əsərlərdəndir. Azərbaycanın ilk milli baletinin yenidən səhnəyə qayıtmasına dəstək vermək bizim üçün xüsusi əhəmiyyət daşıyır. İstəyirik ki, illər əvvəl Azərbaycan balet sənətində yeni bir səhifə açmış bu əsəri bu günün tamaşaçısı da səhnədə görə bilsin. Düşünürəm ki, mədəni irsi yaşatmağın ən yaxşı yollarından biri onu yeni nəsillərlə yenidən görüşdürməkdir."
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov qeyd edib:
" "Qız qalası" baleti Azərbaycan balet sənətinin təməlini qoyaraq milli musiqi və rəqs ənənələrinin klassik balet sənəti ilə bir araya gətirən əsər kimi Azərbaycan musiqi və səhnə sənəti tarixində xüsusi yer tutur. Onun yenidən səhnəyə qayıtması bizim üçün əlamətdar hadisədir. Məqsədimiz əsərin tarixi və bədii ruhunu qorumaqla onu bugünkü səhnənin imkanları ilə tamaşaçıya təqdim etməkdir. Belə böyük layihələrin həyata keçirilməsi güclü tərəfdaşlıq tələb edir və bu təşəbbüsdə PAŞA Bankın dəstəyini yüksək qiymətləndiririk". / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
IMEI kod nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?
SMM nə deməkdir?