"PAŞA Bank"ın İdarə Heyətinin üzvlərindən biri vəİfəsindən ayrılır
"PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvlərindən biri 30 dekabr tarixindən etibarə vəzifədən ayrılacaq.
Banker.az xəbər verir ki, bu, Calal Orucov Cümşüd oğludur.
Onun yerinə təyinat olmayıb və hazırda sədrlə birlikdə İdarə heyəti dörd nəfərdən ibarətdir.
Calal Orucov 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və Kredit fakültəsi üzrə bitirmişdir. Əmək fəaliyyətinə 2001-ci ildə Avropa İttifaqının TACİS proqramı üzrə koordinasiya bürosunda aparıcı mütəxəssis kimi başlamışdır. 2002-2005-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və İnformasiya texnologiyaları departamentində aparıcı mütəxəssis və şöbə rəisi vəzifələrində çalışmışdır. 2005-2006-cı illərdə Mərkəzi Bankın "MilliKart" prosessinq mərkəzinin direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2006-2016-cı illərdə "MilliKart" MMC-nin icraçı direktoru vəzifəsində çalışmışdır. 2016-2017-ci illərdə "Unibank" KB-də Texnologiyalar üzrə direktor, 2017-2018-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında Baş direktor vəzifələrində fəaliyyət göstərmişdir.
2018-ci ilin mart ayından etibarən "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş Əməliyyat İnzibatçısı vəzifəsində fəaliyyət göstərmişdir.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
SMM nə deməkdir?
ZARA-nın uğur hekayəsi
Bitcoin necə işləyir?
Dünyanın ən zəngin idmançıları
Whatsapp biznesin üstünlükləri nələrdir?