"PAŞA Bank"ın "Rəqəmsal Zirvələr 2022" konfransına 400-dən çox iştirakçı qatılıb
®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank"ın təşkilatçılığı ilə müasir sənaye istiqamətlərinin əhatə edildiyi "Rəqəmsal Zirvələr 2022" konfransı başa çatıb.
7-10 dekabr tarixlərində keçirilən konfransda biznes və innovasiyalar, "DevOps", kibertəhlükəsizlik, data və dizayn istiqamətləri əhatə olunub. Bankın əməkdaşları və yerli peşəkarlarla yanaşı həm də beynəlxalq təcrübəli mütəxəssislər də tədbirin spikerləri sırasında yer alıb.
Ümumilikdə 400-dən çox iştirakçının qatıldığı konfransı canlı yayım üzərindən də izləmək imkanı yaradılıb.
Tədbirin ilk günündə iştirakçıları salamlayan "PAŞA Bank"ın idarə heyəti üzvü Calal Orucov yeni çağırışların öhdəsindən gələcək peşəkarlar icmasının qurulmasının önəmini vurğulayıb: "Bu mövqedən də çıxış edərək konfrans boyunca texnoloji dövrün trendlərinə dair praktiki tövsiyələri paylaşmağı və məlumatlılığı artırmağı hədəfləyirik".
Xatırladaq ki, "Rəqəmsal Zirvələr" konfransı 2021-ci ildən etibarən keçirilir. Tədbirin əsas məqsədi ən müasir sənaye sahələri və onların gətirdiyi çağırışlara dair məlumatlılığı artırmaq, iştirakçıları imkanları və təhdidləri düzgün dəyərləndirməyə və peşəkar aləmdə yeni zirvələri fəth etməyə ruhlandırmaqdır. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyada ən çox oxunan 5 kitab
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyanın ən varlı 10 müğənnisi