"PAŞA Bank"ın uğurları birbaşa qeyri-neft sektorunun inkişaf tempi ilə bağlıdır" - SƏDR

2023-cü ildə ölkənin aparıcı korporativ bankı olan "PAŞA Bank"ın daha bir 3 illik inkişaf strategiyası yekunlaşıb.
"PAŞA Bank"ın Baş icraçı direktoru və İdarə heyətinin sədri Cavid Quliyevlə bankın biznesin inkişafı sahəsində əldə etdiyi uğurlar və onların Azərbaycan iqtisadiyyatının nailiyyətlərinə necə təsir etməsi barədə danışmaq qərarına gəldik.
Qeyri-neft sektorunun inkişafı "PAŞA Bank"ın əsas prioriteti kimi
"PAŞA Bank"ın 2023-cü il üzrə fəaliyyətinin nəticələri ilə bağlı dərc etdiyi maliyyə hesabatlarına əsasən, Bank biznesin bütün sahələrində, o cümlədən korporativ sektor, kiçik və orta biznes sektoru üçün kredit vəsaitlərinin ayrılması, eləcə də aktivlərin artırılması, nağdsız dövriyyə və s. üzrə əsaslı göstəricilərə nail olub. Beləliklə, 2023-cü ilin yekunlarına əsasən, "PAŞA Bank"ın aktivləri 8,65 milyard manata qədər artıb, xalis mənfəət isə rekord həcm - 199,2 milyon manat təşkil edib.
"PAŞA Bank"ın əldə etdiyi uğurları şərh edən Cavid Quliyev qeyd edir ki, bu cür nəticələr 2023-cü ildə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, xüsusilə real sektorun inkişafına bağlıdır. Beləliklə, "PAŞA Bank"da korporativ və KOS müştərilərinin ümumi sayı ötən ilə nisbətən 13% artıb. 2023-cü ilin sonunda verilmiş biznes kreditlərinin portfeli isə 2,69 milyard manat həcmində olan rekord həddini ötüb.   
"İqtisadiyyatın qeyri-neft seqmentinin inkişafına fəal diqqət yetirən Azərbaycanın aparıcı korporativ maliyyə institutu olaraq, Bank real sektorun uğurlu inkişafında birbaşa iştirak etmək imkanına malikdir. Qeyd edək ki, "PAŞA Bank"a daxil olan ödənişlərin ümumi səviyyəsi 4 milyard manat artaraq 2023-cü ildə 54,5 milyard manat təşkil edib. POS-terminallar vasitəsilə nağdsız dövriyyənin artması hesabına təxminən 1,4 milyard manat artım baş verib. Bu, iqtisadiyyatın şəffaflaşdırılması və ölkədə maliyyə resurslarının dövriyyəsinin şəffaflığının artırılması məqsədilə bazar tənzimləyicilərinin həyata keçirdiyi uğurlu tədbirlərin birbaşa nəticəsidir", - deyə Cavid Quliyev vurğulayıb.
Müştərilərin və beynəlxalq ekspertlərin "PAŞA Bank"a etibarı
2023-cü ildə də bazar həyata keçirilən islahatlara müsbət cavab verməyə davam etdi. Bu islahatlar iqtisadiyyatın əsas seqmentlərinin inkişafının dayanıqlığını artırır və Azərbaycanda biznes mühitini yaxşılaşdırır.
Cavid Quliyevin sözlərinə görə, Bankın fəaliyyətinin uğurlu inkişafı və kapitallaşma səviyyəsinin artması həm iri layihələrin maliyyələşdirilməsinə, həm də kiçik və orta biznesin inkişafına dəstək göstərmək qabiliyyətinə gətirib çıxarır. Ölkənin ən böyük korporativ bankı olan "PAŞA Bank" da öz növbəsində potensial riskləri diqqətlə izləyir, təhlil edir və onları bütün portfel səviyyəsində peşəkar şəkildə idarə edir. "PAŞA Bank" iqtisadiyyatın real sektorunun etibarlı maliyyə tərəfdaşı kimi çıxış edərək daim kredit, bazar, əməliyyat, informasiya və kibertəhlükəsizlik risklərinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir və bunun aktuallığı dünyadakı geosiyasi risklər fonunda artır.
"Bütün bunları nəzərə alaraq, "PAŞA Bank"ın beynəlxalq reytinqinin 2023-cü ildə SP Rating tərəfindən "BB-" səviyyəsinə yüksəldilməsi seçdiyimiz biznes strategiyasının uğurlu olduğunun daha bir sübutudur. Detallara varmadan vurğulamaq istəyirəm ki, bu reytinq Azərbaycanda özəl banklar arasında ən yüksək reytinqlərdən biridir. Bu yüksək reytinq təkcə "PAŞA Bank"ın sabit maliyyə mövqeyinin deyil, həm də tətbiq etdiyimiz biznes fəlsəfəsinin düzgün seçilməsinin təsdiqidir. Bunu müştərilərin və hüquqi şəxslərin artan etibarı da təsdiqləyir. Bu, bizim üçün uğurlu inkişafın bariz göstəricisidir", - Quliyev bildirib. 
"PAŞA Bank"ın əsas dəyəri onun insan kapitalıdır
"PAŞA Bank"ın İdarə Heyətinin sədri bildirir ki, onun başçılıq etdiyi maliyyə qurumunun əsas fəaliyyət göstəriciləri vacib olsa da, təşkilatı yeni zirvələrə aparmaq üçün liderlik edən "PAŞA Bank" işçiləri şirkətin ən vacib dəyəridir.
"Bankın təsisçilərinin əsas məqsədi Bankın təkcə yerli deyil, həm də beynəlxalq bazarlarda uğurlu rəqabət aparmaq imkanını təmin edəcək istedadlı azərbaycanlı mütəxəssislərdən ibarət güclü komanda toplamaq idi. Bütün bu illər ərzində birgə komanda səyləri nəticəsində qarşıya qoyulan məqsədə uğurla nail olunub – "PAŞA Bank" sistem əhəmiyyətli maliyyə institutuna, real sektorun təkcə Azərbaycanda deyil, həm də regional miqyasda etibarlı tərəfdaşına çevrilib. Əminəm ki, 2024-cü ildə ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun və bütövlükdə cəmiyyətin daha uğurlu inkişafına əhəmiyyətli töhfə verə biləcəyik", - Cavid Quliyev bildirib.
Qeyd: "PAŞA Bank"ın fəaliyyətinə dair rəqəmlər, 2023-cü ilin audit olunmamış hesabatlarından götürülmüşdür. / marja.az

Banklar     Tarix: 30 yanvar 2024

Oxşar xəbərlər

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya