PAŞA Həyat artıq iş prosesinə robotları cəlb edir
(®) Lider həyat sığortası şirkəti olan PAŞA Həyat iş prosesinin daha effektiv təşkil edilməsi məqsədilə artıq RPA (Robotik Proseslərin Avtomatlaşdırılması) sisteminin tətbiqinə başlayıb.
6 dekabr 2023 tarixindən etibarən şirkətin iş proseslərinin icrasında artıq birinci robot fəaliyyət göstərir. Belə ki, işçilərin icra etdiyi təkrarlanan rutin əməliyyat işlərini RPA icra edir. Bu robot sözügedən işləri icra etməklə əməkdaşların daha da yaradıcı və innovativ olmağına, dəyər qatan işlərə fokuslanmağına imkan yaradır. Robot ilkin olaraq şirkətin maliyyə proseslərində tətbiq olunub. PAŞA Həyat bildirir ki, növbəti ildən şirkət yeni 2024-2026 strategiyası dövrünə başlayır və RPA sistemi şirkətdə yeni yaradılmış Biznes proseslərinin optimallaşdırılması mərkəzi çərçivəsində idarə olunacaq. RPA-lər şirkətdə olan innovativ yanaşmalar, yeniliklər, gələcək nəsil üçün prioritet olacaq süni intellekt istiqamətində ilk addımlardandır.
Hazırda isə şirkət 2021-2023-cü illəri əhatə edən Rəqəmsal Transformasiya strategiyasını yekunlaşdırmaq üzrədir. Ötən il ərzində yeni proseslər icra edilərək yeni məhsullar yaradılıb, Data Analitika, Agile idarəetmə, digər biznes proseslərin optimizasiyası istiqamətində bir çox layihələr həyata keçirilib.
Qeyd edək ki, Robotlaşdırma və ya RPA proqram robotlarına və ya süni intellektə əsaslanan biznes proseslərinin avtomatlaşdırılması texnologiyasıdır.
Lider sığorta şirkəti – "PAŞA Həyat Sığorta" ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "İstehsalatda bədbəxt hadisələrin icbari sığortası", yığım tərkibli "Həyatın yaşam sığortası" məhsullarını təklif edir. / marja.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları