"PAŞA Həyat Sığorta"nın ümumi gəlirləri 40 faizdən çox artıb

"PAŞA Həyat Sığorta"nın ümumi gəlirləri 40 faizdən çox artıb"PAŞA Həyat Sığorta" ASC 2024-cü ili 60 milyon 472 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 62 milyon 814 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Həyat Sığorta"nın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 2 milyon 342 min manat və ya 3,9% azalıb. 
Marja.az Şirkətin 31 Dekabr 2024-cü il tarixinə olan hesabatlarına istinadən xəbər verir ki, "PAŞA Həyat Sığorta"nın ümumi gəlirləri 2023-cü ildə 412 milyon 554 min manat ikən, 2024-cü ildə 578 milyon 717 min manat təşkil edib (166 milyon 163 min manat və ya 40,3% artıb). 
"PAŞA Həyat Sığorta"nın ümumi gəlirləri 40 faizdən çox artıbÖtən il "PAŞA Həyat Sığorta"nın əsas əməliyyat gəlirləri 15% artaraq 595 milyon 983 min manat, investisiya gəlirləri 34% artaraq 44 milyon 455 min manat olub. Xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə məbləğ 2,2 dəfə azalaraq 61 milyon 788 min manat təşkil edib. 
2024-cü ildə "PAŞA Həyat Sığorta"nın ümumi xərcləri 168 milyon 584 min manat və ya 50,1% artaraq 501 milyon 562 min manat təşkil edib. 
"PAŞA Həyat Sığorta"nın xərlərindəki artım gəlirlərindəki artımı üstələdiyinə görə, ötən il Şirkətin əməliyyat mənfəəti 2 milyon 421 min manat az olub. Bu səbəbdən Şirkətin maliyyə mənfəəti də bir o qədər azalaraq 77 milyon 155 min manata geriləyib. 
"PAŞA Həyat Sığorta"nın ümumi gəlirləri 40 faizdən çox artıb"PAŞA Həyat Sığorta"nın ümumi gəlirləri 40 faizdən çox artıb

Banklar     Tarix: 26 mart 2025

Oxşar xəbərlər

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi bitcoin bitkoin qiymeti