"Paşa Holdinq"in idarə etdiyi "Bravo" şəbəkəsi – ÖLKƏDƏ DAHA İKİ BANKLA "QOHUM" ÇIXDI
Azərbaycanın aparıcı ticarət şəbəkəsi olan «Bravo»nun idarəçisi «Azerbaijan Supermarket»in sahibləri məlum olub.
FED.az xəbər verir ki, son bir ildə şirkətin səhmdarları dəyişib. Belə ki, ötən il, «Azərbaycan Supermarket» MMC-nin təsisçiləri Mir Calal Paşayev – 1 000 paya və ya 50%, «Ideal Biznes Ko» MMC - 500 pay və ya 25%, «Yevro Standard» MMC - 500 pay və ya 25% idi.
«Bravo» marketlər şəbəkəsinin - VƏZİYYƏTİ MƏLUM OLDU... – HESABAT
2022-ci ilin əvvəlinə açıqlanan hesabata görə isə şirkətdə payların 50%-nə nəzarət edən Mir Calal Paşayev təsisçilikdən uzaqlaşıb. Onun payına indi «Fly Group» MMC sahiblik edir.
Nəticədə hazırda «Azərbaycan Supermarket» MMC-nin təsisçiləri belədir: «Fly Group» MMC – 1 000 paya və ya 50%, «Ideal Biznes Ko» MMC - 500 pay və ya 25%, «Yevro Standard» MMC - 500 pay və ya 25% idi.
Bundan başqa, qeyd edək ki, «Azərbaycan Supermarket» MMC-nin təsisçiləri sırasında adları çəkilən «Ideal Biznes Ko» MMC və «Yevro Standard» MMC də ölkədə iki bankın təsisçilərindəndir.
Belə ki, İdeal Biznes Ko MMC və Euro Standart MMC ölkənin aparıcı banklarından olan «Xalq Bank»ın səhmlərinin müvafiq olaraq 50% və 33,85%-nə, yəni ümumilikdə 83,85%-nə nəzarət edir.
Bundan başqa, «Euro Standard» MMC, ölkənin ən kiçik banklarından olan «Bank Avrasiya»nın 37,5% səhminə sahibdir.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Layihə menecmenti nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
"iPhone 15" modelinin üstünlükləri
Mcdonalds françayzinqi neçiyədir?
Dünyanın ən çox maaş verən şirkətləri