"PASHA Bank Georgia" cari ilin ilk yarısını xalis mənfəətlə bitirib – BANK BÖYÜYÜR

"PASHA Holding" MMC-nin Gürcüstanda fəaliyyət göstərən bankı "PASHA Bank Georgia" səhmdar cəmiyyəti 2024-cü ilin ilk yarısında 2.59 milyon gürcü larisi həcmində xalis mənfəət əldə etdiyini elan edib. Bu da həmin tarixdəki *rəsmi məzənnəyə əsasən, 1.57 milyon Azərbaycan manatı həcmində xalis mənfəət deməkdir. Öncəki ildə bank yerli valyuta ilə verilən aktivlərin hesabına zərər etmiş, xarici valyutadakı aktivlərdə isə mənfəət əldə etmişdi.
Banker.az bankın yarımillik hesabatına istinadən xəbər verir ki, bank 24.58 lari manat faiz gəliri əldə edərkən, cəmi 10.8 mln. lari faiz xərci ödəyib.
Xarici valyuta əməliyyatlarından əldə olunan gəlir 8.22 milyon lari, digər qeyri-faiz gəlirləri isə 5.41 milyon lari təşkil edib. Ümumilikdə qeyri-faiz xərcləri 18.24 milyon lari olaraq qeydə alınıb ki, bu da ötən ilin eyni dövründəki 19.80 milyon lari ilə müqayisədə azalıb.
BANK BÖYÜMƏKDƏDİR…
"PASHA Bank Georgia" aktivləri 2024-cü ilin ilk altı ayında 16% artımla 619.6 mln. lariyə yüksəldib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 532.37 milyon lari idi.
Bankın kredit portfeli 2024-cü ilin iyun ayının sonunda 365.91 milyon lari olub ki, bu da ötən ilin sonundakı 288.85 milyon lari ilə müqayisədə əhəmiyyətli artım deməkdir. Bu artım bankın müştərilərinə daha çox kredit verərək bazar payını artırmasına işarə edir.
DEPOZİT PORTFELİNDƏ ARTIM…
Bankın depozit portfeli də müsbət dinamika göstərərək 2024-cü ilin iyun ayında 365.9 milyon lari səviyyəsinə çatmaqla ilk yarımildə 27% artım edib.
Bankın cəmi öhdəlikləri isə 504.69 milyon lari təşkil edib, 2023-cü ilin sonundakı 420.06 milyon lari ilə müqayisədə 20% artım müşahidə olunub.
Bankın ümumi kapitalı isə son alt ayda 112.32 milyon laridən 114.9 milyon lariyə qalxıb.
Xatırladaq ki, "PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb və hazırda 136.8 mln. lari nizamnamə kapitalına sahibdir. Bank Azərbaycanın iri holdinqi "PASHA Holding" MMC-yə daxildir.
*AMB-nin 1 iyul 2024-cü il tarixinə rəsmi məzənnəsi: GEL/AZN=0.6082 (hazırda: 0.6308)

Banklar     Tarix: 19 avqust 2024

Oxşar xəbərlər

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler bank faizleri biznes qurmaq bitkoin valyuta xeberleri