"PASHA Bank Georgia"da təyinat olub
"PASHA Holding" MMC-nin Gürcüstandakı törəmə bankı "PASHA Bank Georgia" SC-nin Direktorlar Şurasının üzvünə yeni vəzifə verilib.
Banker.az xəbər verir ki, Anzor Mantskava "PASHA Bank Georgia"da Baş əməliyyat inzibatçısı təyin edilib.
O, 2023-cü ildən "Pasha Bank"a Direktorlar Şurasının üzvü və Pərakəndə biznesin rəhbəri kimi qoşulmuşdu.
Anzor Mantskava 2004-cü ildə Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsində mühasibat uçotu, nəzarət, audit ixtisası üzrə bakalavr dərəcəsi alıb. O, həmçinin 2016-cı ildə Uorvik Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsi qazanıb.
A.Mantskavanın 20 illik karyerası əsasən maliyyə sektorunda olub. 2003-cü ildə "UBC International"da audit məsləhətçisi kimi işləməyə başlayıb. 2005-ci ildə o, "PwC"a maliyyə auditoru kimi qoşulub. 2006-cı ildə "TBC Bank" SC-də daxili audit departamentinin rəhbəri vəzifəsində çalışıb. 2014-cü ildə bu bankda Əməliyyat risklərinin idarə edilməsi və informasiya təhlükəsizliyi departamentinə rəhbərlik edib.
2016-cı ildə A.Mantskava Gürcüstanda "TBC Pay"in direktoru vəzifəsini icra edib.
2021-ci ildən A.Mantskava, "extra.ge" e-ticarət platformasına rəhbərlik edib. 2023-cü ildə Anzor Mantskava "Pasha Bank"a direktorlar şurasının üzvü və Pərakəndə biznesin rəhbəri kimi qoşulub.

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?