"PASHA Bank Georgia"nın rəhbərliyinə yeni təyinatlar olub
"PAŞA Bank"ın Gürcüstan törəməsi "PASHA Bank Georgia"nın rəhbərliyinə yeni təyinatlar olub.
Bu il sentyabrın 12-də Rövşən Allahverdiyev törəmə bankın Müşahidə Şurasının (MŞ) sədri təyin edilib. O, bu vəzifədə Fərid Məmmədovu əvəz edib. Rövşən Allahverdiyev bundan əvvəl, bu ilin iyun ayında "PAŞA Sığorta", "PAŞA Həyat Sığorta" şirkətlərinin Direktorlar Şurasının sədri, eyni zamanda "Kapital Bank"ın Müşahidə Şurasının sədri təyin edilib.
Paralel olaraq, Risklərin İdarə Edilməsi Komitəsinin üzvü Kəmalə Nuriyeva "PASHA Bank Georgia"nın Müşahidə Şurasının üzvü seçilib. O, bank və biznes idarəçiliyində 27 ildən artıq təcrübəyə malikdir. 2007-ci ildən etibarən "PAŞA Group"a daxil olan şirkətlərdə, o cümlədən "PAŞA Bank"da təmsil olunub.
Qeyd edək ki, 2013-cü ildə Gürcüstan Mərkəzi Bankı "PASHA Bank Georgia"ya fəaliyyət lisenziyası verib. Bankın səhmlərinin 90.2%-i "PAŞA Bank"a, 9.79%-i isə "PAŞA Holdinq"ə məxsusdur. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
SMM nə deməkdir?
Evdə biznes qurmağın yolları
ZARA-nın uğur hekayəsi
Dünyanın ən bahalı restoranları
Biznesə aid ən yaxşı 10 kitab