"PASHA Private Banking" ilk eksklüziv kartlarını təqdim edib

®Azərbayacanda yüksək gəlirli müştərilərə xidmət göstərən "PASHA Private Banking" ilk eksklüziv ödəniş kartlarını ictimaiyyətə təqdim edib.
Üst səviyyə bank xidmətləri və fərdi yanaşması ilə seçilən "PASHA Private Banking" təqdim etdiyi eksklüziv "Horizon" və "Heritage" ödəniş kartları ilə müştərilərə yeni imkanları kəşf etməyi təklif edir.
Müasir tendensiyalar və müştərilərin rəyləri əsasında ərsəyə gələn bu kartların yaradılmasında ilham mənbəyi – müştərilərin sərvətin idarəolunmasında yeni üfüqləri kəşf etmək əzmi və gələcək nəsillərə ötürülməli olan irs və mirasımızdır. Qeyd olunan bu məqamlar hər iki kartın adı və daşıdığı mənada əks olunur.
"Horizon" (Üfüq) – kəşf edilməyi gözləyən sərhədlərin təmsilidir. Bu kart ilə müştəriləri sərvətin artırılmasına və rifaha doğru yol gözləyir.
"Heritage" (İrs) – keçmişin hekayələrini özündə birləşdirən və gələcəyə ilham verən sonsuz bir xəzinədir. Bu kart müştəriləri qazandıqları mirası qorumaq və gələcək nəsillərə ötürmək məqsədini özündə daşıyır.
Bu kartlarla müştərilər "PASHA Private Banking"in təqdim etdiyi bütün xidmətlərdən, sərvətin idarəolunması üzrə məsləhət xidmətindən, fərdi müştəri meneceri və diqər üstünlüklərdən istifadə etmək hüququna malikdirlər.
Eyni zamanda müştərilər premium brendlərin yeni məhsullarının öncədən sifarişini, eksklüziv tədbirlərə dəvət, səyahət imkanları və bənzərsiz həyat tərzi üstünlükləri ilə həm yerli, həm də qlobal miqyasda faydalana bilərlər.
Həmçinin "Horizon" və "Heritage" kart sahibləri üçün "Miles and Smiles" proqramının iştirakçısı olaraq millər toplamaq, eyni zamanda "Fast Track", "Lounge Key", "Air Transfer" və digər premium səyahət üstünlüklərindən istifadə etmək mümkündür. Bu üstünlüklərdən yalnız kart sahibləri deyil, o cümlədən ailə üzvləri də istifadə edə bilərlər.
Məlumat üçün qeyd edək ki, artıq kartların satışı həyata keçirilib və bir neçə əməliyyat uğurla tamamlanıb. "Horizon" və "Heritage" kartları haqqında ətraflı məlumatı  linkinə keçid edərək əldə edə bilərsiniz.
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan "PASHA Private Banking" Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur. Son illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində "Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank", "Ən yaxşı investisiya bankı", "Ən yaxşı bank qrupu" nominasiyalarında fərqləndirilib.
"PASHA Private Banking" müştərisi olmaq və yüksək gəlirli müştərilər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və xüsusi üstünlüklərdən yararlanmaq üçün  veb-saytına keçid edə və ya *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. / banker.az

Banklar     Tarix: 26 yanvar 2024

Oxşar xəbərlər

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya