"PASHA Private Banking" ilk eksklüziv kartlarını təqdim edib

(®) Azərbayacanda yüksək gəlirli müştərilərə xidmət göstərən "PASHA Private Banking" ilk eksklüziv ödəniş kartlarını ictimaiyyətə təqdim edib.
Üst səviyyə bank xidmətləri və fərdi yanaşması ilə seçilən "PASHA Private Banking" təqdim etdiyi eksklüziv "Horizon" və "Heritage" ödəniş kartları ilə müştərilərə yeni imkanları kəşf etməyi təklif edir.
Müasir tendensiyalar və müştərilərin rəyləri əsasında ərsəyə gələn bu kartların yaradılmasında ilham mənbəyi - müştərilərin sərvətin idarəolunmasında yeni üfüqləri kəşf etmək əzmi və gələcək nəsillərə ötürülməli olan irs və mirasımızdır. Qeyd olunan bu məqamlar hər iki kartın adı və daşıdığı mənada əks olunur.
"Horizon" (Üfüq) – kəşf edilməyi gözləyən sərhədlərin təmsilidir. Bu kart ilə müştəriləri sərvətin artırılmasına və rifaha doğru yol gözləyir. 
"Heritage" (İrs) - keçmişin hekayələrini özündə birləşdirən və gələcəyə ilham verən sonsuz bir xəzinədir. Bu kart müştəriləri qazandıqları mirası qorumaq və gələcək nəsillərə ötürmək məqsədini özündə daşıyır. 
Bu kartlarla müştərilər "PASHA Private Banking"in təqdim etdiyi bütün xidmətlərdən, sərvətin idarəolunması üzrə məsləhət xidmətindən, fərdi müştəri meneceri və diqər üstünlüklərdən istifadə etmək hüququna malikdirlər. 
Eyni zamanda müştərilər premium brendlərin yeni məhsullarının öncədən sifarişini, eksklüziv tədbirlərə dəvət, səyahət imkanları və bənzərsiz həyat tərzi üstünlükləri ilə həm yerli, həm də qlobal miqyasda faydalana bilərlər. 
Həmçinin "Horizon" və "Heritage" kart sahibləri üçün "Miles and Smiles" proqramının iştirakçısı olaraq millər toplamaq, eyni zamanda "Fast Track", "Lounge Key", "Air Transfer" və digər premium səyahət üstünlüklərindən istifadə etmək mümkündür. Bu üstünlüklərdən yalnız kart sahibləri deyil, o cümlədən ailə üzvləri də istifadə edə bilərlər. 
Məlumat üçün qeyd edək ki, artıq kartların satışı həyata keçirilib və bir neçə əməliyyat uğurla tamamlanıb. "Horizon" və "Heritage" kartları haqqında ətraflı məlumatı linkinə keçid edərək əldə edə bilərsiniz.  
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan "PASHA Private Banking" Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur. Son illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində "Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank", "Ən yaxşı investisiya bankı", "Ən yaxşı bank qrupu" nominasiyalarında fərqləndirilib.
"PASHA Private Banking" müştərisi olmaq və yüksək gəlirli müştərilər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və xüsusi üstünlüklərdən yararlanmaq üçün veb-saytına keçid edə və ya *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. / marja.az

Banklar     Tarix: 26 yanvar 2024

Oxşar xəbərlər

"PAŞA Sığorta"da növbədənkənar ümumi yığıncaq keçiriləcək

03 iyun 2026-cı il tarixində "PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 ("Sahi

Mərkəzi Bank: Lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırılır

Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bu sektora da tənzimləmə gətiriləcək

BOKT "KREDEX" QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı

BOKT "KREDEX" QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xali

Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. xəbər verir ki, 2027-ci il üzr

Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Bu -ın analitiklərinin ötən gün gözlədiyi proqnozla üst-üstə düşür. Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkə

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"

"Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bəzən gün ərzind

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı

PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsind


iqtisadi xeberler leobank kart telefonla pul qazanmaq emlak xeberleri iqtisadiyyat xeberleri