Platinin qiyməti kəskin qalxdı
Platinin qiyməti 1 troya unsiyası üçün 1590 dollardan yuxarı qalxıb.
Biznes.az xəbər verir ki, bu, son 12 ilin ən yüksək göstəricisi hesab edilir.
Nəzərə çatdıraq ki, qiymətli metal sonuncu dəfə 2013-cü ildə baha olub.
UBS investisiya bankının analitiklərinin fikrincə, qiymət artımı ABŞ-ın potensial idxal tarifləri ilə bağlı narahatlıqlarla əlaqədardır. Həmçinin digər qiymətli metallar da bahalaşır. Məsələn, sentyabrın 25-də ticarət zamanı Comex birjasında gümüş fyuçersləri bir troya unsiyası üçün 45 dollara qədər bahalaşıb. Göstərici 2011-ci il mayın 3-dən sonra ilk dəfə müşahidə edilib.
Qızıl qiymətləri isə 3800 dollar həddini aşıb. Qiymətli metallar və xüsusilə qızıl təhlükəsiz sığınacaqlar hesab olunur.
Qiymətli metalın qiymətinin hazırkı artımı qismən mərkəzi bankların, xüsusən də inkişaf etməkdə olan bazarlarda dollardan asılılığını azaltmağa çalışan iri miqyaslı alışlarla bağlıdır.
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə