"Premium Bank" 2023-ün 9 ayını 7,9 milyon manata yaxın xalis mənfəətlə başa vurub

"Premium Bank" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 7 milyon 881 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 4 milyon 12 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 869 min manat və ya 49% artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az-ın məlumatına görə, ötən ilin 9 ayı ərzində "Premium Bank"ın faiz gəlirləri 22 milyon 934 min manat ikən, 2023-cü ilin 9 ayında 23 milyon 998 min manata kimi yüksəlib. Ötən ilin yanvar-sentyabr dövründə Bankın qeyri-faiz gəlirləri 12 milyon 913 min manat ikən, cari ilin 9 ayında 13 milyon 668 min manat olub.
2023-cü ilin 9 ayı ərzində "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 37 milyon 666 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 31 milyon 316 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 350 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 1 milyon 530 min manat mənfəətə əlavə olunub.
Ötən ilin 9 ayında Bankın cəmi əməliyyat gəlirləri 35 milyon 847 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 123 min manat, əməliyyat mənfəəti 7 milyon 724 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar  3 milyon 712 min manat təşkil etmişdir. 
Cari ilin Bankın faiz xərcləri 5% artaraq 7 milyon 827 min manat, qeyri-faiz xərcləri isə 13,5% arataraq 23 milyon 489 min manat təşkil edib.
BANK AKTİVLƏRİ VƏ KREDİT PORTFELİ AZALIB
30 sentyabr 2023-cü il tarixində "Premium Bank" 677 milyon 356 min manat cəmi aktivlərə, o cümlədən 433 milyon 26 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 692 milyon 202 min manat cəmi aktivlərə, o cümlədən 436 milyon 968 min manat kredit portfelinə malik idi.
Aktivlər ilin əvvəlindən 2.14% (14 milyon 846 min manat) o cümlədən kredit portfeli üzrə 0.9%  (3 milyon 942 min manat) azalmışdır. Baxmayaraq ki, kredit portfelinin biznes kreditləri 9 milyon 732 min manat azalıb, lakin istehlak və daşınmaz əmlakın alınması üzrə kreditlərdə 5 milyon 791 min manat artım müşahidə olunub. Bu da Bankın korpartiv bankçılıqdan retail yönümlü siyasətin aparılmasını göstərir.
BANKIN DEPOZİT PORTFELİ AZALIB
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Premium Bank"da fiziki şəxslər üzrə depozitlər 1,19% (4 milyon 55 min manat) azalaraq 336 milyon 608 min manat və hüquqi şəxslər üzrə 8.84% (11 milyon 136 min manat) azalaraq 114 milyon 691 min manat təşkil edib. Depozit potfeli  üzrə azalma müştərilərin cari hesablarındakı vəsaitdən istifadə ilə bağlı olmuşdur. 
30 sentyabr 2023-cü il tarixində "Premium Bank" 174 milyon 66 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 13 oktyabr 2023

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu avtomobil xeberleri