Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik
Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik.
Bu fikirləri Prezident İlham Əliyev iyulun 18-də Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı səsləndirib:
"İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik", – deyə dövlət başçısı əlavə edib. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Fond birjası nədir?
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10