Pulunu dollarda saxlayanlar üçün bankların əmanət şərtləri - YENİ SİYAHI

Pulunu dollarda saxlayanlar üçün bankların əmanət şərtləri - YENİ SİYAHISon illər Azərbaycanda əmanətlərin dollarlaşması səviyyəsi azalsa da, hələ də nisbət xeyli yüksək olaraq qalır. 2022-ci ilin oktyabr ayının sonuna olan məlumata görə, fiziki şəxslərin (əhalinin) banklardakı 11 milyard 500 milyon manat cəmi əmanətlərinin 38,6%-i və ya 4 milyard 441,3 milyon manatı xarici valyutadadır. 2020-ci ilin sonunda bu nisbət (xarici valyutdakı əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi) 50,8%, 2021-ci ilin sonunda isə 41% idi. 
Xarici valyutadakı 4 milyard 441,3 milyon manatlıq əmanətlərin 2 milyard 352,2 milyon manatlıq hisssi müddətli əmanətlər təşkil edib. Yəni, banklar bu vəsaitlərə görə əmanət sahiblərinə faiz ödəyirlər.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Fiziki şəxslərin xarici valyutadakı əmanətləri məbləğ baxımından isə artmaqdadır. Əgər fiziki şəxslərin xarici valyutadakı əmanətləri 2021-ci ilin sonunda 3 milyard 789,3 milyon manat məbləğində ikən, 31 oktyabr 2022-ci il tarixində 4 milyard 441,3 milyon manata çatıb.
Rəqəmlər işarə edir ki, yığımlarını xarici valyutada saxlayan əmanətçilər çoxdur. Onların əksəriyyəti, Azərbaycanda Dolların məzənnəsinin sabit qalmaqda davam etməsinə baxmayaraq vəsaitlərini xarici valyutada, əsasən də ABŞ valyutasında saxlamağa üstünlük verirlər. Bu əmanətçilər - yüksək inflyasiyaya, Manat valyutasında yüksək gəlir təkliflərinə və qarşıdakı illərdə Dollar/Manat məzənnəsinin sabit qalacağının gözlənildiyi barədə rəsmi açıqlamalara baxmayaraq pullarını milli valyutaya çevirmirlər.
Bəs banklar pulunu dollarda saxlayanlara neçə faiz gəlirlər təklif edirlər?
Marja.az 12.12.2022-ci il tarixinə Azərbaycan banklarının ABŞ dolları valyutası üzrə 12 ay müddətinə yerləşdirilən əmanətlər üzrə şərtlərini araşdırıb. Belə ki, hazırda 12 ay müddəti üzrə ən yüksək ABŞ valyutasında əmanət faizlərini AccessBank, Bank Respublika, Günay Bank, Muğanbank, Unibank, Expressbank, Turanbank, Bank Avrasiya və Ziraat Bank Azərbaycan təklif edir.
Azərbaycandakı bankların 12 ay müddətinə Dollar əmanəti faizləri:
Pulunu dollarda saxlayanlar üçün bankların əmanət şərtləri - YENİ SİYAHI1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% müəyyən edilib. Yəni, xarici valyutada 2,5% dərəcəsindən yüksək dərəcələr ilə Banka yatırılan əmanətlər qorunan əmanət hesab olunmur və kompensasiya ödənilmir. 05 aprel 2021-ci il tarixindən etibarən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Başqa sözlə, bank müflis elan edildikdə vəsait itirməmək üçün xarici valyutada Banka yerləşdirilən əmanətin milli valyutada qarşılığının 100 min manatı keçməməsinə diqqət yetirilməlidir.
Qeydlər:
-"AccessBank"ın 14.11.2022-ci il tarixindən etibarən başlamış aksiyasına əsasən, ABŞ valyutasında sığortalı depozit mühsulunun illik faiz dərəcəsi 2,5%-dir. Aksiyadan öncə faiz dərəcələri - faizlərin aylıq ödənişi üzrə 1,2%, faizlərin müddətin sonunda ödənişi üzrə 1,5% təşkil edirdi. 
- Cədvəldə; faizlərin "hər ay" və "müddətin sonunda" götürülməsindən asılı olaraq 1 illik (12 ay) qəbul edilən ABŞ Dolları əmanətinin faizləri göstərilib.
-"Bank Melli İran" Bakı filialı İnternet səhifəsində xarici valyuta üzrə əmanət şərtlərini yerləşdirmir. Qeyd edilib ki, "Bank Melli İran" Bakı filialında vəsaitlər 5000 manatdan az olmamaq şərtilə 6 ay müddətinə depozitə yerləşdirilə bilər. İllik faiz 2-3%-dir.
- Yerləşdiriləcək əmanətin minimal məbləği "Premium Bank"da 20 min dollar, PAŞA Bankda - əmək haqqı sahibləri üzrə 20 min dollar (region filiallarında 15 min dollar), digər müştərilər üzrə 30 min dollar (region filiallarında 20 min dollar) olmalıdır.
-Bir sıra banklar əmanətin məbləğindən və müddətindən asılı olaraq müştəriyə əlavə faiz, kart və imtiyazlar (aşağı faizlə zaminsiz kredit)  və s. təqdim edirlər.

Banklar     Tarix: 12 dekabr 2022

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd


iqtisadi xeberler dollar mezenne birbank dollarin kursu bu gun bitkoin