Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib

Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilibAzərbaycanda dövlət aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Ölkə üzrə Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri 20 milyon manatı keçib və bu məbləğ hər gün artmaqdadır.
Aqrar Sığorta Fondu tərəfindən Zaqatala və Qax rayonlarından olan fermerlərə növbəti sığorta ödənişi edilib. Zaqatala və Qax rayonlarında aqrar sığorta ödənişləri arpa sahələri və fındıq bağlarını əhatə edir. Bu ərazilərdəki dolu hadisəsi və vəhşi heyvanların hücumları nəticəsində baş verən zərərlər üzrə 22 268 manat sığorta ödənişi həyata keçirilib. Ödəniş qeyd olunan hadisələr üzrə təsərrüfatlarına zərər dəymiş Qax rayonunun Turaclı və Güllük kəndlərinin, eləcə də Zaqatalanın Ələsgər kəndinin sakinlərinə verilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
8,4 hektar arpa sahəsini 254 manat ödəməklə sığorta edən Qax sakini doludan dəymiş zərərə görə Aqrar Sığorta Fondundan 8 808 manat ödəniş alıb.
2 hektar arpa sahəsini sığortalamaq üçün 61 manat sığorta haqqı ödəyən fermer 1 565 manat, 2,4 hektar arpa sahəsini 73 manata sığorta edən fermer isə doludan dəymiş zərər üzrə 1 868 manat sığorta ödənişi alıb.
Fındıq bağının sahibi 5,6 hektar bağı sığorta etmək üçün 1 194 manat sığorta haqqı ödəyib, doludan baş verən zərərlər üzrə isə ona 8 737 manat sığorta ödənişi edilib.
Fermerlərə ödənişləri təqdim edən Aqrar Sığorta Fondunun filial rəhbəri Toğrul Həşimzadə bildirib ki, qeyri-sabit iqlimə malik olan Şəki-Zaqatala zonasında aqrar sığorta xüsusilə vacibdir. İndiyədək bu regionda müxtəlif hadisələrdən dəyən zərərlər üzrə 2,5 milyon manat sığorta ödənişi verilib.
0,7 hektar fındıq bağını sığorta etmək üçün ümumilikdə 70 manat sığorta haqqı ödəyən Zaqatala sakini, vəhşi heyvan hücumu nəticəsində bağa dəyən zərərə görə 1 290 manat sığorta ödənişi alıb.
Aqrar sığorta mexanizmi ümumilikdə 41 bitkini çoxsaylı risklərdən qoruyur. Bura taxıl, tarla, bostan və tərəvəz bitkiləri, meyvə bağları, texniki bitkilər və sair aiddir. Aqrar sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir, nəticədə cüzi məbləğ ödəməklə əkin sahələrini sığortalamaq mümkündür. / marja.az

Banklar     Tarix: 24 dekabr 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri