Qazaxıstan Azərbaycana birgə qaz layihələrinin həyata keçirilməsi imkanlarını araşdırmağı təklif edir

Qazaxıstan Azərbaycana birgə qaz layihələrinin həyata keçirilməsi imkanlarını araşdırmağı təklif edirQazaxıstan Azərbaycan və Mərkəzi Asiya regionunun digər ölkələri ilə qaz sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.
Bunu ölkənin energetika naziri Almasadam Satkaliyev deyib.
Nazir bu gün Astanada Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında çıxışı zamanı xatırladıb ki, Qazaxıstan hazırda Azərbaycan və Özbəkistanla "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində qlobal layihə həyata keçirməyə başlayır.
O əlavə edib ki, ölkə Qırğızıstan və Özbəkistanla Kambarata SES-1 irimiqyaslı su elektrik stansiyasının tikintisini də fəal şəkildə müzakirə edir.
"Bununla əlaqədar olaraq mən region dövlətləri ilə xüsusilə qaz sahəsində analoji layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirməyi təklif edirəm", – A.Satkaliyev bildirib.
Onun sözlərinə görə, bu gün Mərkəzi Asiya ölkələri enerji resurslarının təchizatında sabitliyin qlobal şəkildə pozulması, neft və qaz qiymətlərinin dəyişməsi və digər çağırışlarla üzləşir.
"Enerji təchizatının etibarlılığını təmin etmək üçün bu çağırışların proqnozlaşdırılması və idarə edilməsi ilə bağlı mexanizmlər hazırlanmalı, həmçinin ölkələrimiz arasında əməkdaşlıq gücləndirilməlidir", – qazaxıstanlı nazir təklif edib.
O həmçinin həmkarlarını enerji ticarəti imkanlarını genişləndirməklə əməkdaşlığı gücləndirmək üçün işlərini aktivləşdirməyə, eləcə də aşağı karbonlu istiqamətin inkişafını, karbon neytrallığına nail olmağı və mərhələli enerji keçidini təmin etməyə çağırdı. / banker.az

Xəbərlər     Tarix: 06 avqust 2024

Oxşar xəbərlər

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum


iqtisadi xeberler valyuta kurslari bitcoin qiymeti bu gunun xeberleri avtomobil xeberleri