Qısa idxal bəyannaməsi bir bəyannamə ilə əvəz ediləcək
Azərbaycanda qısa idxal bəyannaməsinin bir bəyannamə ilə əvəzlənməsi planlaşdırılır.
Bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.
"Bildiyiniz kimi, hazırda sərhəd keçidinə qədər ən azı 1 saat əvvəl qısa idxal bəyannaməsi, daha sonra isə ölkə daxilində idxal gömrük bəyannaməsi təqdim olunur. Komitə olaraq gələcəkdə qısa idxal bəyannaməsini vahid bəyannamə ilə əvəz etməyi planlaşdırırıq", - deyə o qeyd edib.
N. Şirinov vurğulayıb ki, bu, sahibkarların idxal və daşımacılıq proseslərini daha sürətli və rəvan həyata keçirməsinə imkan yaradacaq.
© "Report"
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd