Qlobal bazarlarda son vəziyyət
Dünya Bankının dünən dərc etdiyi hesabatı fonunda dollar major valyutalar qarşısında korrektiv olaraq bahalaşıb.
Verilən məlumatlara əsasən, təşkilat ABŞ-ın 2024-cü ildə iqtisadi artım proqnozunu 1.6%-ə qaldırıb, 2025-ci ildə isə 1.7%-ə endirib. Qeyd olunur ki, Amerika iqtisadiyyatı 2024-cü ildə 1.6% artacaq. Bu da, 2023-cü ilin iyun ayında dərc olunan əvvəlki proqnozdan 0.8 bənd yüksəkdir.
ABŞ-ın 2025-ci il üçün ÜDM artımı proqnozu əvvəlki göstərici ilə müqayisədə 0.6 bənd azalaraq 1.7%-ə endirilib. Qurumun məlumatlarına əsasən, 2023-cü ildə ABŞ iqtisadiyyatı 2.5% artıb.
Həmçinin Amerikanın neft institutunun neft ehtiyatları ilə bağlı həftəlik hesabatının proqnozların üzərində açıqlanması fonunda "qara qızıl"-ın bir qədər dəyəri artıb. OILUK və OILUS müvafiq olaraq 77.90$ və 72.50$ səviyyələrində ticarət olunurlar.
Bugün investorların diqqət mərkəzində Bakı vaxtı ilə saat 18:15-də İngiltərə Mərkəzi Bankının sədri Beylinin baş tutacaq çıxışı olacaq. Eləcə də, ABŞ-dan neft ehtiyatları ilə bağlı göstəricilər də marağla gözlənilən hadisələrdəndir.
Məlumat İnvest-AZ İnvestiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
İban nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
Marketinq nə demədir?
CV hazırlayarkən buraxılan 5 səhv