Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftənin son ticarət günündə ABŞ-da FED-in inflyasiyanın gedişatını izləmək üçün yaxından təqib etdiyi Şəxsi İstehlak Xərclərinin Baza İndeksi (PCE) göstəriciləri açıqlandı. Hesabata görə, noyabr ayında PCE 3.2% artıb. Bu indeksin 2021-ci ilin aprelindən bəri illik əsasda ən kiçik artım olaraq qeyd edilə bilər. İqtisadçıların proqnozları 3.3%-lik artımın olacağı yönündə idi.
Eyni dövrdə şəxsi xərclərin artımı ehtimal ediləndən aşağı olmuşdur. Məlumata görə, noyabrda şəxsi xərclər 0.2% artıb. Proqnozlar isə 0.3% idi.
Analitiklər, FED-in inflyasiya göstəricisi olan Şəxsi İstehlak Xərclərinin Baza İndeksindəki yavaşlamanın inflyasiyanın aşağıya doğru getdiyinə işarə etdiyini və bankın gələn il faiz dərəcələrini azaltmağa başlayacağına dair ehtimalları gücləndirdiyini bildirib.
Həftə ərzində Avrozonada və İngiltərədə dərc olunan inflyasiya göstəricilərinin də ehtimalların altında qalmasına baxmayaraq, FED-in faiz endirimi ehtimalları məhz dolların daha çox zəifləməsinə səbəb oldu.
Nəticədə, Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi geridə qoyduğumuz həftə ərzində 101.46 bəndə qədər gerilədikdən sonra, bir qədər bahalaşdı və həftəlik şamını 101.74 bənd səviyyəsində bağladı. Analitiklər hesab edirlər ki, DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər.
Bazar ertəsi Noel şənlikləri ilə bağlı olaraq birjalar bağlı olduğu üçün cari həftənin ilk ticarət günü bu gündür.
Qeyd edək ki, Yeni il tətili ilə əlaqədar olaraq cari həftə ərzində ticarət həcmlərinin kəskin aşağı olacağı gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
İban nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
Marketinq nə demədir?
CV hazırlayarkən buraxılan 5 səhv