Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Yeni il ərəfəsində olduqca durğun olan birjalarda hər hansı fors-majorlar yaşanmadığı təqdirdə, mövcud tendensiyaların davam edəcəyi və ya üfüqi dalğalanmaların ön plana çıxacağı ehtimal edilir.
8 həftədir geriləyən dollar indeksi cari həftəyə də enişlə başlayıb. Analitiklər hesab edirlər ki, geridə qoyduğumuz həftəni 101.74 bənd səviyyəsində bağlayan DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bu il "Wall Street"-də investorları qazandıran əsas strategiya; Sektorların seçilməsi, ticarət variantları və dividend ovlanması kimi portfelin şaxələndirilməsi strategiyaları əvəzinə, çox ənənəvi şəkildə "S&P500"-də mövqe tutmaq oldu.
"Bloomberg Intelligence" məlumatlarına görə, bu ay "S&P500"-ün 4% dəyər qazanması indeksin 2023-cü il üçün qazancını 24%-ə yüksəltdi. Təkcə dekabr ayında səhm fondlarına (ETF) 69 milyard dollar vəsait daxil olub. Bu, son iki ilin ən güclü aylıq girişi olaraq qeyd edilə bilər.
"S&P500"-ü izləyən ən böyük fond olan 494 milyard dollarlıq "SPDR S&P 500 ETF Trust"-a 42 milyard dollardan çox vəsait daxil olub. Bu, 1998-ci ildən bu günə qədər olan məlumatlara baxsaq, aylıq rekord məbləğ deməkdir.
Qeyd edək ki, Yeni il tətili ilə əlaqədar olaraq cari həftə ərzində ticarət həcmlərinin kəskin aşağı olacağı gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb
"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır
Onlayn biznes ideyaları
Biznes nədir və hansı növləri var?
Fond birjası nədir?
Digital Card nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları