Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞİnvestorlar ABŞ-da proqnozların üzərində açıqlanan İstehlak Qiymətləri İndeksinin (CPI) qiymətləndirdikləri üçün ABŞ dolları həftənin son ticarət gününün ilk saatlarından etibarən digər major valyutalara qarşısında güclü mövqelərini qorumağa çalışır. Dekabr ayı üzrə CPI məlumatları aylıq müqayisədə 0.3%, illik müqayisədə isə 3.4% artaraq, aylıq 0.2%-lik və illik isə 3.2%-lik artım təxminlərini üstələyib.
Yüksək inflyasiya rəqəmlərinə baxmayaraq, bazar iştirakçıları Federal Ehtiyatlar Sisteminin potensial faiz dərəcəsini azaltması ehtimallarının mövcudluğuna inanırlar. Analitiklər mart ayında 25 bəndlik azalma ehtimalını 73.2% olaraq qiymətləndirirlər. Bu gözləntiyə bir neçə sonrakı endirimlərin mümkünlüyü də daxildir.
Lakin qeyd etmək lazımdır ki hazırda bazar gözləntiləri, faktiki məlumatlar və Federal Ehtiyatlar Sisteminin mövqeyi arasında ciddi uyğunsuzluqlar müşahidə olunur. 
Artan inflyasiya göstəricilərinə baxmayaraq, Dollar indeksi cümə axşamı 102.76 bənd səviyyəsindən bir qədər geriləyərək 102.26 bənd səviyyəsi ətrafında dalğalanır. Bununla belə, bazar bu il üçün FED-in birdən çox faiz endiriminə aqressiv şəkildə faktorinq etdiyi dekabr ayında qeydə aldığı 100.61-ə çatan beş aylıq minimumdan əhəmiyyətli dərəcədə yuxarı səviyyədə qərarlaşıb.
Klevlend FED sədri Loretta Mester cümə axşamı bildirib ki, son CPI rəqəmləri mərkəzi bankın mart ayında uçot faiz dərəcəsini azaltmasının tez ola biləcəyini göstərir. Eynilə, Riçmond FED-in prezidenti Tomas Barkin məlumatların inflyasiyanın gələcək kursu ilə bağlı çox aydınlıq gətirmədiyini bildirib.
Bir sıra analitiklər inflyasiyanın hədəfə qaytarılmasının son mərhələlərinin daha çətin olacağı fikrindədirlər. Onlar bazarın hazırda gözlədiyi kimi FED-in mart ayında faiz dərəcələrini aşağı salmayacağını proqnozlaşdırırlar.
Valyuta birjalarında ABŞ-dakı CPİ göstəricilərindən sonra kəskin ucuzlaşan avro və funt-sterlinq günün sonunda bütün itkilərini bərpa edərək yenidən müvafiq olaraq 1.09$ və 1.27$ səviyyələrinin üzərinə qayıdıb. 
Kriptovalyuta bazarında bitkoin son iki ilin maksimumunu vurduqdan sonra, dünən də cüzi 0.25% bahalaşaraq 46 270$-a çatıb. Bu artım ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının çərşənbə günü bitcoin ilə əlaqəli ETF təklifini təsdiqləməsindən sonra baş verib. Bu arada, "Ethereum", cümə axşamı günü 2690.70$-lıq göstərici ilə 2022-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatdıqdan sonra, bir qədər ucuzlaşaraq 2607.40$-a düşüb.
Bugün isə Bakı vaxtı ilə saat 11:00-da İngiltərədə dərc olunacaq ÜDM-in həcmi və 17:30-da Amerikada açıqlanacaq İstehsal Qiymətləri İndeksi (PPİ) göstəricilər investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvaest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə


iqtisadi xeberler valyuta kurslari biznes xeberleri valyuta xeberleri bitkoin qiymeti